Neftin "sakit okean"ı - TƏHLİL

neftin sakit okean i tehlil

Beynəlxalq Enerji Agentliyinin icmalına əsasən yanvar ayında OPEC üzvləri neft hasilatını ümumilikdə sutkada 1 mln. barel azaldıblar. Hazırda kartelə üzv ölkələrdə neft hasilatının həcmi 32,06 mln. barelə bərabərdir.

 

Neft bazarı üçün daha iki müsbət xəbər var. Birincisi ondan ibarətdir ki, Beynəlxalq Enerji Agentliyi 2017-ci ildə dünyada neft tələbatı üzrə öz proqnozunu yaxşılaşdıraraq 100 min barel artırıb. Bundan başqa OPEC üzrə belə hələlik qeyri-rəsmi məlumatlar var ki, bu ilin ilk altı ayının nəticələri qiymətləndirildikdən sonra, hasilatın azaldılması üzrə sazişin müddəti uzadıla bilər. Hələlik bu saziş yarım ilə nəzərdə tutulub, amma ABŞ-ın mövqeyini nəzərə alaraq gözləmək olar ki, müddət uzadılacaq. Çünki bu, təbiətin qanunudur: iri, güclü, vahid düşmən peyda olanda əvvəllər hətta biri-biri ilə rəqib olanlar da birləşir. Yəni, ABŞ OPEC-ə müharibə elan etsə, OPEC mütləq qarşılıqlı addımlar atacaq. Yeganə saxlayıcı amil İran ola bilər. İran artıq indidən OPEC-in sazişinə və onun gələcəyinə müəyyən şübhə toxumları səpir. Rəsmi Tehran OPEC üzvlərini hasilatı bir qədər də azaltmağa çağırıb, halbuki özü sazişə əsasən sanksiyalardan zərərçəkmiş ölkə kimi hasilatın azaldılmasından azaddır. İranın bu mövqeyi təbii ki, OPEC-in bəzi üzvlərinin xoşlarına gəlməyə bilər. Tehran hesab edir ki, indi lazımı qiymət səviyyəsi 60 dollardır və bununla razılaşmamaq çətindir, amma OPEC üzvləri arasında razılıq pozulsa, bu qiymət əlçatmaz bir arzuya çevrilə bilər.

 

Sazişin gələcəyi barədə hələlik nə isə proqnozlaşdırmaq həqiqətən çətindir və bu İranın müəyyən mənada sabotaj bəyanatları ilə bağlı deyil. Bəzi mütəxəssislər hesab edir ki, bu ilin yayında neftə tələbat təbii olacaq artacaq, bu zaman hasilatı azaldaraq qiymətləri dəstəklənmə tədbirlərinin lazımlılığı sual altına düşə bilər. Və yenə də çox şey ABŞ-da neft hasilatın səviyyəsindən asılı olacaq. Müəyyən mənada buna qarşı ilk addım atılıb: Səudiyyə Ərəbistanı bəzi alıcılar, ilk növbədə ABŞ üçün neftin qiymətini qaldırıb.

 

Maraqlıdır ki, neftə tələbatın artması proqnozlarının hansı amillərə əsaslandığı bilinmir. Əksinə, inkişafda olan ölkələrdə iqtisadi artım tempinin enməsi gözlənilir ki, nəticədə onlar tərəfindən neftə tələbat azalacaq.

 

Bu gün faktiki neft bazarı və kotirovkalar üzrə proqnozlar bir neçə vacib amilə əsaslanır.

 

Birincisi, bu OPEC üzvlərinin sazişə sadiq qalıb-qalmamağından asılıdır. Bu barədə fikirlər müxtəlifdir. Bəzilər hesab edir ki, təcrübə onu göstərir ki, belə sazişlər uzunmüddətli və davamlı olmur, ya da üzv ölkələr müxtəlif yollarla qoyulan limitləri üstələyir. Yanvar bu baxımından bir çoxları üçün həqiqi sürpriz olub. Belə ki, Anqolada azaldılma üzrə plan 40%, Qətərdə 30%, Səudiyyə Ərəbistanda 16% çox olub, Küveyt planı, demək olar ki, tam icra edib, Ekvador 90%, Əlcəzair 80% öhdəliyi yerinə yetirməyi bacarıb. Bütün bu göstəricilər onu göstərib ki, hasilatın azaldılması üzrə saziş real işləyir.

 

İkincisi, əgər məlum olsa ki, neftə tələbat üzrə proqnozlar həddən artıq nikbindir, bu, kotirovkalara mənfi təsir edəcək. Amma belə olan halda belə OPEC sazişin müddətinin uzadılacağını istisna etmir.

 

Üçüncüsü, ABŞ neftə aid hər hansı qərar qəbul etsə, hətta hər hansı planları açıqlasa, bu, neft bazarına mənfi təsir edəcək. Amma belə olacağına hələlik inanmaq bir qədər çətindir, çünki planlar öz yerində, amma indi hasilatı artırmaq üçün ABŞ-ın real imkanları məhduddur. Buna görə ABŞ-ın hasilatı artıracağı barədə real gücə malik bəyanatları yalnız gələn il gözləmək olar.

 

Dördüncüsü, OPEC üzvləri arasında fikir ayrılığı hələ də qalır. Hələlik bu baxımından yeganə təhlükə kimi İran görünür. Dediyimiz kimi, İran hasilatı azaltmaq öhdəliyindən azaddır, amma hey hasilatı artırmaq planları barədə danışır və bu artımı təmin etmək üçün digər ixracatçıları hasilatı bir qədər də azaltmağa çağırır. Əgər İran həmin mövqeyini sərtləşdirsə, bu digər OPEC üzvlərini qıcıqlandıra, nəticədə sazişin taleyi sual altına düşə bilər.

 

Hələlik isə neft cəbhələrində nisbi sakitlikdir və ixracatçı ölkələr qiymətlərin artımından fayda götürürlər...

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan nefti bahalasib
    Azərbaycan nefti bahalaşıb
  • telman ismaylovun las veqasdaki ticaret merkezine hebs qoyulub
    Telman İsmaylovun Las Veqasdakı ticarət mərkəzinə həbs qoyul...
telman ismaylovun las veqasdaki ticaret merkezine hebs qoyulub telman ismaylovun las veqasdaki ticaret merkezine hebs qoyulub +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ