Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi iki dəfə azalıb - TƏHLİL

rusiyadan azerbaycana pul kocurmelerinin hecmi iki defe azalib tehlil

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin IV rübündə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 181 mln. dollar təşkil edib.

 

APA-Economics” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2014-cü ilin IV rübü ilə müqayisədə 147 mln. ABŞ dolları və ya 1,81 dəfə azdır.

 

 

Ötən ilin IV rübünü III rübü ilə müqayisə edəndə məlum olur ki, oktyabr-dekabr aylarında pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 14 mln. ABŞ dolları və ya 7,18%-lik azalma olub. Ümumiyyətlə, ötən ilin II rübü ilə müqayisədə, III rübündə pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 30 mln. ABŞ dolları və ya 13,33%-lik azalma olub. 2015-ci ilin I rübü ilə müqayisədə isə II rübdə bu göstərici 43 mln. ABŞ dolları və ya 23,63%-lik artım olub. Ötən ilin son rübü ilə I rübü ilə müqayisə edəndə isə şimal qonşumuzdan ölkəmizə pul köçürmələrin həcmində 1 mln. manat və ya 0,55% azalmanın müşahidə olunduğunu görərik. Xatırladaq ki, 2015-ci ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 182 mln. dollar idisə, II rübdə 225 mln. manat, III rübdə 195 mln. manat olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi daha çox II rübdə, ən az isə IV rübdə olub.

 

 

Məlumata görə, ötən ilin IV rübündə Rusiyadan Azərbaycana 149 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 116 mln. ABŞ dolları və ya 43,77% azdır. Ötən ilin oktyabr-dekabr aylarında şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 485 ABŞ dolları köçürülüb. Xatırladaq ki, 2014-cü ilin IV rübündə transsərhəd pul köçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 265 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 585 ABŞ dolları olub.

 

 

2015-ci ilin III rübü ilə müqayisədə IV rübündə Rusiyadan Azərbaycana pul köçürmələrin həcmi 13 mln. ABŞ dolları və ya 8,02% azalıb. Ötən ilin II rübü ilə müqayisədə III rübdə Rusiyadan Azərbaycana pul köçürmələrin həcmi 28 mln. ABŞ dolları və ya 14,74% azalıb. 2015-ci ilin I rübü ilə müqayisədə II rübündə şimal qonşumuzdan ölkəmizə pul köçürmələrin həcmi 64 mln. dollar və ya 50,79% artıb.

Xatırladaq ki, I rübdə hər əməliyyat üzrə orta hesabla 419 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları həcmində, II rübdə hər əməliyyat üzrə orta hesabla 519 ABŞ dolları olmaqla, ümumilikdə 190 mln. ABŞ dolları həcmində, III rübdə hər əməliyyat üzrə orta hesabla 504 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 162 mln. ABŞ dolları həcmində vəsait köçürülüb.

 

 

Ötən ilin IV rübündə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, illik müqayisədə burda da azalma müşahidə olunub. Belə ki, 2015-ci ilin oktyabr-dekabr aylarında hər əməliyyat üzrə orta məbləğ 551 ABŞ dolları olmaqla Azərbaycandan şimal qonşumuza ümumilikdə 32 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2014-cü ilin müvafiq dövründəkindən 31 mln. ABŞ dolları və ya 49,21% azdır. Başqa sözlə, 2014-cü ilin dördüncü rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 751 ABŞ dolları olmaqla ümumilikdə 63 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

 

 

Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə görə, bu ilin IV rübünü III rübü ilə müqayisə edəndə məlum olur ki, IV rübdə şimal qonşumuza pul axını 2 mln. ABŞ dolları və ya 5,88% azalıb. Ötən ilin III rübünü II rübü ilə müqayisə edəndə məlum olur ki, III rübdə şimal qonşumuza pul axını 1 mln. ABŞ dolları və ya 2,86% azalıb. Ötən ilin ilk üç ayı ilə sonrakı üç ayını təhlil etsək, görərik ki, II rübdə ölkədən şimal qonşumuza pul axını 21 mln. ABŞ dolları və ya 37,5% azalıb. Belə ki, I rübdə Azərbaycandan Rusiyaya 56 mln. ABŞ dolları həcmində pul köçürülübsə, II rübdə bu göstərici 35 mln. ABŞ dollarına qədər azalıb. 2015-ci ilin I rübündə hər əməliyyat üzrə orta məbləğ 700 ABŞ dolları, II rübdə isə 568 ABŞ dolları, III rübdə 666 ABŞ dolları təşkil edib.

 

 

Ümumiyyətlə, 2014-cü il ilə müqayisədə 2015-ci ildə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 1,8  dəfə azalıb. Başqa sözlə, 2015-ci ildə bu göstərici 782 mln. ABŞ dolları təşkil edibsə, 2014-cü ildə müvafiq olaraq 1 402 mln. ABŞ dolları təşkil edib.

 

 

Beləliklə, başa vurduğumuz ildə hər əməliyyat üzrə orta hesabla 484 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 627 mln. ABŞ dolları, Azərbaycandan Rusiyaya isə hər əməliyyat üzrə orta hesabla 626 ABŞ dolları olmaqla ümumilikdə 155 mln. ABŞ dolları məbləğində vəsait köçürülüb. Xatırladaq ki, 2014-cü ildə hər əməliyyat üzrə orta hesabla 626 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 1 221 mln. ABŞ dolları, Azərbaycandan Rusiyaya isə hər əməliyyat üzrə orta hesabla 752 ABŞ dolları olmaqla ümumilikdə 188 mln. ABŞ dolları məbləğində vəsait göndərilib. Başqa sözlə, 2014-cü il ilə müqayisədə ötən il Rusiyadan Azərbaycana pulköçürmələri 1,9 dəfə azalb.

 

Ötən il Rusiyadan fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə transsərhəd pulköçürmələrinin həcminə görə, MDB ölkələri arasında ilk yerdə Özbəkistan, sonuncu yerdə isə Türkmənistan qərarlaşıb. Belə ki, 2015-ci ildə Rusiyadan Özbəkistana 2 370 mln. ABŞ dolları, Türkmənistana isə 16 mln. ABŞ dolları məbləğində vəsait göndərilib. Azərbaycan siyahıda 7-ci yerdə dayanıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ