Tramp neft bazarını təhlükəyə atır - TƏHLİL

tramp neft bazarini tehlukeye atir tehlil

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra tək ölkədə deyil, bütün dünyada əksər siyasətçilər, politoloqlar və əsasən iqtisadçılar əlləri ilə başını tutub sakitcə Qiyamət Gününü gözləyirlər. Trampın inauqurasiyasından bir həftə keçməsə belə, hadisələr göstərir ki, onların gözləntiləri əbəs yerə deyil. Çünki ABŞ prezidentin artıq ilk qərarları göstərir ki, gözlənilməz, radikal, geosiyasi baxımından qətiyyən tarazlaşdırılmamış siyasətin hökm sürəcəyinə dair iddialar özünü doğruldacaq.

 

Tramp artıq ilk radikal qərar imzalayıb və bu qərar ABŞ-ın Trans-Sakit Okean İqtisadi Tərəfdaşlıq Sazişindən çıxmasına aiddir. Bu saziş onsuz da Senat tərəfindən ratifikasiya edilməyib, amma hər halda addım radikaldır, çünki Trampın vəzifəyə başlamasından dərhal sonra atılıb. Həmin regionda sərbəst ticarət nəzərdə tutan bu saziş elə də dünya əhəmiyyətli deyil. Əhəmiyyətli olacaq qərar başqadır - Tramp administrasiyası neft bazarında çaxnaşma yarada biləcək qərar qəbul etməyə hazırlaşır. Söhbət ABŞ-ın OPEC-dən neft almağı dayandırmasından gedir. Prezident administrasiyasının proqram bəyanatında deyilir ki, ABŞ OPEC-dən enerji asılılığını azaltmaq niyyətindədir və söhbət OPEC-dən neft almağı dayandırmaqdan, daxildə neft və qaz hasilatını kəskin şəkildə artırmaqdan gedir.

 

Rəqəmlərdə bu belə görünür: ABŞ-ın öz hasilatının həcmi günlük 9 mln. barel olduğu halda ölkənin neft emalı zavodlarının gündəlik tələbatı 16,6 mln. barelə bərabərdir. Aradakı fərq idxal hesabına ödənilir. Və bu fərqin təxminən 40 faizi OPEC-in (ilk növbədə Səudiyyə Ərəbistanın) payına düşür. Məsələn, 2016-cı ildə ABŞ gündə 7,8 mln. barel neft idxal edib ki, bunun da 41% OPEC-in payı olub.

 

OPEC, demək olar ki, bir ildən artıq zaman ərzində güclü çətinliklərlə neft hasilatının azaldılması barədə razılaşmaya nail ola bilib. Nəticədə bazarda təklif azalaraq tələbata yaxınlaşıb. Razılaşma əldə olunduqdan sonra neftin qiymətləri bahalaşmağa başlayıb və hazırda 53-55 dollar təşkil edir. Əgər ABŞ OPEC neftindən tam imtina etsə, neft bazarında gündə “lazımsız” 3 mln. barel neft qalacaq. Neft bazarı təklifin bu dərəcədə artması ilə heç cürə “barışa” bilməyəcək və qiymət təbii olaraq aşağı gedəcək. Nə dərəcədə, hansı səviyyəyə qədər – bunu demək olduqca çətindir. Əsas çətinlik iki istiqamətindədir. Birincisi, unutmaq olmaz ki, neft kotirovkaları, o cümlədən fyuçerslər üzrə spekulyativ əqlər əsasında formalaşır. Təklifin 3 mln. barel artmasından sonra qiymətlərin aşağı düşməsini görən bazar iştirakçıları qiymətə nə dərəcədə təsir edəcəklər? Bu,  bilinmir. İkincisi və ən vacib təhlükə odur ki, neft ixracatçıları neftin qiymətlərinin düşməsini görərək hasilatı azaltmaq əvəzinə gəlirlərini heç olmazsa qısa müddət ərzində sabit saxlamaq üçün hasilatı artıracaqlar. Bu da qiymətlərin ucuzlaşmasını daha da sürətləndirəcək.

 

Artıq dəfələrlə bu mənzərənin şahidi olmuşuq. 2014-cü ilin iyun-iyul aylarında neftin qiyməti 115-120 dollar səviyyəsindən sürətlə ucuzlaşmağa başlayanda neft ixracatçıları öz maraqlarını güdərək hasilatı artırır, (məsələn, Rusiya), dempinqə keçir (məsələn, Səudiyyə Ərəbistan), yeni bazarlara çıxmaq üçün müxtəlif güzəşt siyasətini həyata keçirirdi. Nəticədə neft bazarında kotirovkalar daha da aşağı gedirdi. Yalnız neft kəskin ucuzlaşandan təxminən iki il sonra OPEC neft bazarında vahid siyasət yürütmək barədə razılaşmaya nail ola bilib. Bunun üçün isə neft hasilatın azaltması və ya heç olmazsa artırmaması alətindən istifadə olunub. İkinci dəfə belə nailiyyətə inanmaq ən azı çətindir - qiymətlər ABŞ-ın qərarından sonra ucuzlaşanda, bazarın heç bir iştirakçısı razılaşmaya sadiq qalmayacaq. İlk növbədə bu iqtisadiyyatının cari vəziyyəti baxımından neftdən hava kimi asılı olan ölkələrə aiddir və bunların sırasında ən irisi Rusiyadır.

 

Əlbəttə ki, belə olan halda qısa zaman ərzində təklifin artımı və onun tələbatı üstələnmə həcmi 3 mln. bareldən daha çox olacaq. Qiymətlər isə kəskin enmə tendensiyasını yığıb yaxın zamanda bu tendensiyasını saxlayacaq. Bu fonda neft izolyasiya siyasətini elan edən (əlbəttə ki, bu baş versə) ABŞ həmin vaxt öz hasilatının artırılması ilə məşğul olacaq və dünya bazarında ucuz neftin faydasından istifadə edəcək.

 

Unutmaq olmaz ki, ucuz neftin digər tərəfi də var ki, bu da neft şirkətlərin neft hasilatının iqtisadi səmərəsizliyidir. 2015-ci və 2016-cı ildə neft ucuz olduğuna görə bütün dünyada, o cümlədən də ABŞ-da həm iri, həm orta şirkətlər yeni yataqların işlənməsini dayandırırdı, kəşfiyyat işlərini dondururdu və ümumilikdə ucuz neft hasilatı sahəsində durğunluq yarandı. ABŞ administrasiyası bu fonda ölkədə hasilatı necə artırmaq istəyir, bu hələlik sual olaraq qalır.

 

Digər bir məsələ var. Obama administrasiyası “son vida” kimi ötən ilin dekabrında ABŞ-ın Sakit Okean və Arktik şelfində neft hasilatına beş illik qadağa qoyub. Bu qadağanı qanuni aradan qaldırılmasına illər tələb oluna bilər. Beləliklə, Trampın planlarının reallaşması yollunda həm iqtisadi, həm də hətta qanuni maneələr yaranacaq. Bunu nəzərə alaraq, Tramp administrasiyasının planlarına rəğmən neft bazarında sabitliyin qorunacağına nisbətən nikbin yanaşmaq olar.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

  

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ