Yatırım hər kəsin haqqıdır - TƏHLİL

yatirim her kesin haqqidir tehlil
Beynəlxalq valyutalar və əlvan metallar bazarındakı yeni fürsətlər

2016-cı ilin başlaması ilə dünya maliyyə bazarlarında yeni investisiya imkanları yaranıb.

 

Son zamanlar ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot faiz dərəcəsini artıra bilməməsi ABŞ dollarının dünya valyuta birjalarında ucuzlaşmasına səbəb olur. Bu tendensiya isə dünya maliyyə bazarlarında qızılın və digər ehtiyat valyuta qiymətlərinin bahalaşmasına şərait yaratmışdır.

 

ABŞ dollarının cari ilin yanvar ayından etibarən digər valyutalara nisbətən dünya valyuta birjalarında 5.6% ucuzlaşması və dünya iqtisadiyyatında böhranın yaşanılması qızılın bir unsiya qiymətinin son üç ayda dünya əmtəə birjalarında təqribən 14% dəyər qazanmasına səbəb olub. Bu qiymət dəyişikliyi investor tərəfindən yatırılan təqribən hər 106$ müqabilində 1700$-dan çox gəlir əldə etmək imkanı yaratmışdır.

 

Digər ehtiyat valyuta bazarları ilə də tanış olduqda, avronun son üç ayda 6.5% və Yaponiya yeninin 7.5% bahalaşdığının şahidi oluruq.

 

Qızılın qiyməti əlavə 13 - 21% bahalaşa bilər.

 

InvestAZ İnvestisiya şirkətinin analitiklərinin fikrincə, qızılın bir unsiya qiymətinin dünya əmtəə birjalarında 1284.50 dollardan (40.9 $/qram) baha təklif edilməsindən sonra qiymətlər daha da bahalaşa bilər. COMEX tərəfindən qeydə alınan fiziki qızılın həcmi də 2014-cü ilin yay aylarından etibarən sürətlə azalıb (-70%). Beləliklə, bu gün əmtəə birjalarında 1225 dollara (39 $/qram) təklif edilən qızılın bir unsiya qiyməti 1380 (44 $/qram), 1430 (45.5 $/qram) və 1483 (47 $/qram) dollara kimi bahalaşa bilər.

 

Avronun əlavə 5 - 9% bahalaşması gözlənilir.

 

ABŞ dollarının gələcək müddət ərzində dünya bazarlarında ucuzlaşa biləcəyi proqnozlaşdırırlır. Bu isə alternativ valyuta kimi, avroya olan tələbatı artıra bilər. InvestAZ İnvestisiya şirkətinin analitiklərinə əsasən, hal-hazırda dünya valyuta birjalarında 1.13 dollara təklif edilən avronun dollara nisbətən qiymət kursu 1.17 səviyyəsinin kəsilməsi ilə 1.18 və sonradan 1.20 - 1.25 səviyyələrinə kimi bahalaşa bilər. Bu da öz növbəsində, investorlara marjinal ticarət hesabına yatırılan hər 120$ müqabilində 83%-dən çox mənfəət əldə etmək imkanı verir.

 

Qızılın və Avronun bahalaşmasından necə qazanmalı?

 

Bütün növ investisiyalar etmək imkanı verən InvestAZ İnvestisiya şirkəti bu gün Sizə sadə marjinal yatırım hesabı açmaqla, bu fürsəti təqdim edir. Təqdim edilən investisiya alətlərinin kredit dəstəyi ilə ticarət olunması hər bir investora ilkin hesaba yatırılan məbləğin 50 - 100 mislində gəlir əldə etmək imkanı verir. InvestAZ İnvestisiya şirkətinin yatırım hesabları həftənin 5 günü, 24 saat kompüter, planşet və mobil telefonlarla idarə oluna bilir. İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

                                                 

__________________________________________________________________________

 

Risk bildirişi:

 

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mtn polkovnikinin cinayet isine xitam verilib ekskluziv
    MTN polkovnikinin cinayət işinə xitam verilib - EKSKLÜZİV...
  • putin iran bizim etibarli ve sabit terefdasimizdir
    Putin: “İran bizim etibarlı və sabit tərəfdaşımızdır”...
putin iran bizim etibarli ve sabit terefdasimizdir putin iran bizim etibarli ve sabit terefdasimizdir +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ