"Apamark" "Qafqaz" hotellər şəbəkəsinin video bazasını genişləndirib

apamark qafqaz hoteller sebekesinin video bazasini genislendirib

Azərbaycanda marketinq və PR sahəsi üzrə ixtisaslaşmış "Apamark" şirkəti "Gilan Hospitality Group"a daxil olan "Qafqaz" hotellər şəbəkəsinin video bazasını genişləndirilməsi işlərini başa vurub.

 

Şirkətin Satış departamentinin rəhbəri Taleh Kərimov "APA-Economics"ə bildirib ki, çəkilişlər şəbəkəyə daxil olan bütün hotelləri əhatə edib: "Şirkətimiz tərəfindən hazırlanan videolar sırf satış və tanıtım xarakterli qısametrajlı çarxlardır. Biz bu videolarda hər bir hotelin özünə məxsus gözəlliyini, fərqliliyini əks etdirməyə çalışmışıq".


"Apamark" şirkəti tərəfindən ümumilikdə 1 il ərzində 128 video hazırlanaraq Qafqaz otellərinin rəsmi "Youtube" səhifəsinə yüklənib. Çəkilişlər həm Bakı, həm də Qəbələdə yerləşən hotellərdə aparılıb. Hər bir oteldə ayrı-ayrılıqda otaq növləri, restoranlar, SPA və fitnes mərkəzi, toplantı otaqları, əyləncə mərkəzlərinə dair videolar hazırlanıb. "Qafqaz" hotellər şəbəkəsi üçün hazırlanmış videolarla tanış olmaq istəyənlər "Qafqaz Hotels & Resorts" adlı "Youtube" səhifəsinə daxil ola bilərlər.

 

Şirkət gələcəkdə Qafqaz otellər şəbəkəsi üçün hotelçilik sahəsi üzrə maarifləndirici videolar hazırlamağı planlaşdırır.

 

Qeyd edək ki, "Apamark" şirkəti müştərilərinə müxtəlif təyinatlı internet səhifələrin yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması və xidmətlərinin göstərilməsi, SEO analiz, SMM və s. kimi xidmətləri təklif edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mancesterde toredilen terror akti neticesinde 19 nefer olub yenilenib 2
    Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb ...
  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
islamiadanin baglanis merasiminden goruntuler fotosessiya islamiadanin baglanis merasiminden goruntuler fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ