Azərbaycandan Avropanın iri şəhərlərinə birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq

azerbaycandan avropanin iri seherlerine birbasa ucuslarin sayi 49 dan 100 e catdirilacaq

2025-ci ilə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava limanlarından birinə malik olması məqsədi qarşıya qoyulacaq və bu çərçivədə prioritet kimi Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 49-dan 100-ə çatdırılması hədəflənəcək. 

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

 

Xəritəyə əsasən, hədəf bazarlardan daha çox turistin cəlb edilməsi məqsədilə qış və yay turizm mövsümündə çarter reyslərinin də sayının artırılması əsas götürüləcək. Əsas diqqət aşağı büdcəli uçuşlar vasitəsilə sərnişin daşımalarına yönəldilməklə, hava limanlarına da investisiya qoyuluşları təmin ediləcək.

 

Azərbaycan 2025-ci ilədək müxtəlif turizm tədbirlərinə ev sahibliyi edəcək, özünün yüksəkkeyfiyyətli qış idman kompleksləri, xüsusi sağlamlıq turizmi imkanları, unikal təbii gözəllikləri, parkları, dini və kənd turizmi sahəsində mədəni irsinə görə tanınacaq. Bir çox fərqli və etnik mədəniyyət komponentlərinin qorunub saxlanıldığı Azərbaycan kəndləri müasir dünyanın təsirindən kənarda qalmış ənənəvi irsi görməyə maraqlı olan turistlər üçün əsas cəlbedici məkan olacaq. Bununla yanaşı, Azərbaycanda potensial turizm bazasından istifadə etmək üçün dini məkanlar da təşviq ediləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:10 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socar in terefdasi ukraynanin bas nazirine muraciet edib
    SOCAR-ın tərəfdaşı Ukraynanın baş nazirinə müraciət edib...
  • bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib
    Bakının daha bir küçəsində yol hərəkətində dəyişiklik edilib...
bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ