Azərbaycan prezidenti: “Turizmin inkişafından milyardlarla valyuta qazanacağıq”

azerbaycan prezidenti turizmin inkisafindan milyardlarla valyuta qazanacagiq

“Turizmə ixrac məhsulu kimi baxmalıyıq. Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

 

O bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi yer də Azərbaycandır: “Budur, bizim siyasətimizin nəticələri. Bölgələrdə müasir turizm infrastrukturu inkişaf etdirilməlidir. Mən sahibkarları da dəvət edirəm. Sahibkarlar bilsinlər ki, yeni otellərə böyük ehtiyac olacaq. Çünki hələ indi - qış mövsümündə Bakıdakı otellərin 85-90 faiz doludur. Görün, yay mövsümündə nə olacaq? Boş yer olmayacaq. Ona görə, Bakıda və bizim əsas turizm mərkəzlərində yeni otellərin yaradılması çox böyük əhəmiyyət daşıyır və bunun biznes üçün də çox böyük faydası olacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • natiq eliyev bazarda stabilliyin qorunmasi ucun neft hasilati azaldilmalidir
    Natiq Əliyev: "Bazarda stabilliyin qorunması üçün neft hasil...
  • bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir
    Bakıda "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Tic...
bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ