Azərbaycan turizm sektorunda rəqabətqabiliyyətlilik reytinqində 13 pillə irəliləyib

azerbaycan turizm sektorunda reqabetqabiliyyetlilik reytinqinde 13 pille irelileyib

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) turizm sektorunda rəqabətqabiliyyətlilik reytinqində ("The Travel and Tourism Competitiveness Report") 71-ci yerdə qərarlaşıb. "APA-Economics" xəbər verir ki, bundan öncə tərtib olunan reytinqdə Azərbaycan 84-cü pillədə yer alıb. Beləliklə, ölkəmiz 13 pillə irəliləyib.

 

Reytinqin müəllifləri Azərbaycanın bu qədər irəliləməsinin səbəbi kimi xarici vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsini, ətraf mühitin qorunması üzrə atılan addımları və hotellərdə qiymətlərin endirilməsini göstərir.
 

Qeyd edək ki, son illər reytinqin dəyişməz lideri İspaniyadır. Onu Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya, Avstraliya, İtaliya, Kanada və İsveçrə təqib edir.

 

Sözügedən reytinq 2007-ci ildən etibarən iki ildən bir tərtib olunur. Tərtibatçılar turistlərin qəbulu ilə bağlı 14 mövqe üzrə qiymətləndirmə aparırlar. Bura tarixi və mədəni irs, iqtisadiyyatın inkişafı, nəqliyyat, hotelçilik sektoru, kommunikasiya, səhiyyə və s. aid etmək olar.

 

Onu da qeyd edək ki, builki reytinqdə Rusiya 43, Türkiyə 44, Gürcüstan 70, Qazaxıstan 81, Ukrayna 88-ci yerdə qərarlaşıb.


 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • natiq eliyev bazarda stabilliyin qorunmasi ucun neft hasilati azaldilmalidir
    Natiq Əliyev: "Bazarda stabilliyin qorunması üçün neft hasil...
  • bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir
    Bakıda "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Tic...
bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ