Azərbaycana gələn turistlər ASAN Xidmətdən viza ala biləcəklər

azerbaycana gelen turistler asan xidmetden viza ala bilecekler

Azərbaycana gələn turistlər artıq turizm şirkətləri vasitəsi ilə yox, elektron formada ASAN Xidmətdən viza ala biləcəklər.

 

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun 7-1-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddəsinin 4-cü bəndində dəyişiklik edilib.
 

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər” cümləsində, “turizm şirkətləri” sözü “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda, “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilir.


Maddə 7-1.5-ə edilən dəyişikliyə əsasən isə, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.
 

Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda, viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ