Azərbaycanda üç Turizm İnformasiya mərkəzi yaradılıb

azerbaycanda uc turizm informasiya merkezi yaradilib

Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi və Bərdə Turizm İnformasiya Mərkəzi yaradılacaq.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzlərinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun  tarixli 196 nömrəli qərarı ilə təsdiq  edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə”  qərarında əksini tapıb.

 

Mədəniyyət və Turizm Nazirliyinə yaradılan Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirmək tapşırılıb. Turizm İnformasiya mərkəzləri “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda “Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə daxil edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • heyder eliyev merkezinin parkinda sahmat turniri kecirilib
    Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib...
  • iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib
    İraq may ayında neft ixracının həcmini 0,35% artırıb
iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ