Azərbaycanlı turistlərin Gürcüstandakı orta xərcləri açıqlanıb

azerbaycanli turistlerin gurcustandaki orta xercleri aciqlanib

Bu ilin birinci rübündə Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi xərcləri 1,4 mlrd. lari (572 501 mln. dollar) təşkil edib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasına istinadla xəbər verir ki, ziyarətçilərin bir səfər ərzində xərcləri orta hesabla 1 060 lari (433 dollar) olub.
 

Xərclərin 29,6%-i qida və içkilər, 22,2%-i isə yerləşməyə sərf olunub. Müalicə və mədəni tədbirlərə xərclər 18,3%, alış-verişə isə 12,1% təşkil edib. Gürcüstana səfər edən qonşu ölkələrin vətəndaşları arasında ən çox xərcləyən rusiyalılar olub (1 338 lari/574 dollar) Sonra isə Türkiyə (1 189 lari/486 dollar) və Ermənistan vətəndaşları gəlir (562 lari/229 dollar). 
 

Azərbaycan vətəndaşlarının Gürcüstanda orta xərcləri 401 lari (164 dollar) təşkil edib. Qonşu ölkəyə səfərlərin 51%-i Tbilisi, 21,5%-i isə Batumiyə edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267