Bakı turistlərin üstünlük verdiyi şəhərlər siyahısında ilk beşlikdə yer alıb

baki turistlerin ustunluk verdiyi seherler siyahisinda ilk beslikde yer alib

Nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb. Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq bildirib ki, səyahət sevərlərin 65 faizi Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən qədim tarixə və mədəniyyətə malik ölkə kimi səciyyələndirib.

 

Siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb.

 

Saytın təqdim etdiyi onluqda El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpur (Hindistan) kimi şəhərlərin də adları var.

 

Qeyd edək ki, tripadvisor.com saytı artıq 5-ci ildir? daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələrinin reytinq sıralamasını açıqlayır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ