Bakı Forumunda “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda panel keçirilib

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda panel keçirilib. APA-nın xəbərinə görə, Petra Milli İnam Fondunun prezidenti, şahzadə Dana Firas bildirib ki, turizm insanlarla ünsiyyət yaradan bir sahədir.

 

Onun sözlərinə görə, turizm yeni ideyalar üçün geniş imkanlar yaradır: “Turizm yeni iş yerlərinin açılması deməkdir. Bundan savayı, turizm tarix və indiki dövr arasında əlaqə yaradır. Petranın (Petra İordaniya ərazisində yerləşir-red.) 10 min illik çörəkbişirmə texnologiyası var. Dünyanın hər bir guşəsindən Petraya gələn insanlar bizim əcdadlarımızın keçdiyi yola nəzər salırlar. İndiki iordaniyalılarının əcdadlarının həyat tərzi, ibadəti haqda məlumat alırlar. Belə desək Petra dünyanın beşiyidir”. 

 

Şri Lankanın turizmin inkişafı və xristian dini işləri üzrə nazir müavini Arundika Fernando deyib ki, ölkəsi 30 il ərzində müharibə şəraitində yaşayıb: “Şri Lankada artıq müharibə başa çatıb. Turizm əhalinin ümumi rifahının yaxşılaşdırılmasına xidmət edə biləcək bir sahədir. Şri Lankada dini turizmi inkişaf etdiririk. Şri Lankada Azərbaycanda olduğu kimi müxtəlif etnik qrupların, dini konfessiyaların nümayəndələri yaşayır. Bu amil Şri Lankanı cəlbedici məkana çevirir. Bizim turizmlə bağlı çox gözəl potensialımız var. Yaxın Şərq ölkələrindən Şri Lankaya turistlər gəlir. Şri Lanka ada dövlətidir. Biz həm də tariximizdən istifadə etməklə turizmi inkişaf etdirib, iqtisadiyyatımıza töhfə vermək istəyirik. Qeyd etməliyəm ki, Şri Lanka əhalisinin 70 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”.

 

Kamboca Krallığı Turizm Nazirliyi Beynəlxalq Əməkdaşlıq və ASEAN Departamentinin direktoru Thok Sokhom ölkəsində baş verən müharibənin acı nəticələri haqda danışıb. O vaxtilə Kambocaya dəstək göstərən Sovet İttifaqına minnətdarlığını ifadə edib: “Bəli, mən Sovet İttifaqına minnətdaram. Ona görə ki, vaxtilə mənim xalqımın nümayəndələri Bakıda təhsil alıb Kambocada infrastrukturun yaradılmasına töhfə veriblər. Bəzi məbədlərimizin 2000 ildən çox yaxşı var. Bizə qarşı sanksiyalar tətbiq olunurdu. Biz o məbədləri bərpa etmək üçün adlarını açıqlamaq istəmədiyim yerlərə müraciət etdik. Bizim müraciətlərimizə mənfi cavab verildi. Kamboca hazırda sabit bir ölkədir. Kambocanın ən böyük sərvəti onun insanlarıdır. Ölkəmizin çox hərarətli, üzü gülər insanları var”.

 

Belçika Xarici İşlər Nazirliyinin Flandriya Departamentinin baş katibi Koen Verlaext qeyd edib ki, Flandriyada turistlər əsasən döyüşlərin baş verdiyi yerlərə, hərbi qəbiristanlıqlara baş çəkirlər.

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev panel iştirakçılarına Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğunu  xatırladıb. Nazir əlavə edib ki, işğal qeyri-sabitlik deməkdir: “İşğal olan yerdə sabitlikdən söhbət gedə bilməz. Mən şəxsən məsləhət görərdim ki, turistlər münaqişələrə məruz qalmış yerlərə getməsinlər”.

 

Panel müzakirələrlə davam etdirilib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
09:20 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
  • jurnalistler ucun tikilmis ikinci bina multimedia xidmetleri ile temennasiz techiz olunacaq
    Jurnalistlər üçün tikilmiş ikinci bina multimedia xidmətləri...
jurnalistler ucun tikilmis ikinci bina multimedia xidmetleri ile temennasiz techiz olunacaq jurnalistler ucun tikilmis ikinci bina multimedia xidmetleri ile temennasiz techiz olunacaq +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ