Bakı Şopinq Festivalı müştərilərə “AtelierMoskow” və Aleksandr Terexovla möhtəşəm xidmət təklif edir

Bakı Şopinq Festivalı alıcıları sürprizlərlə heyrətləndirməkdə davam edir.

 

APA-nın xəbərinə görə, festival çərçivəsində dünya şöhrətli Aleksandr Terexovun baş dizayneri olduğu “AtelierMoscow” by AlexanderTerekhov-un xidmətlərindən istifadə etmək olar.

 

Aleksandr Terexovun “Atelier Moscow”u - bu istənilən mürəkkəblikdə layihələrdən orijinal və unikal toy paltarları, ziyafət geyimlərdən tutmuş, gündəlik geyim və klassik kostyumlaradək eksklüziv tikilişi xidmətini təklif edən təcrübəli dizaynerlər və dərzilərdən ibarət komandadır. 

 

Ancaq 2 gün – mayın 5-də və 6-da Bakı Şopinq Festivalı çərçivəsində unikal fürsət təklif edilir – həmin günlər Bakıda olacaq “Atelier Moscow” komandası ilə şəxsən ünsiyyətdə olaraq, arzunuza uyğun istənilən sifarişi verə bilərsiniz!

 

“AtelierMoscow” komandası nümayəndələri ilə ünsiyyət qurmaq və Bakı Şopinq Festivalının Tbilisi prospekti, 27 ünvanında yerləşən Qlobus Plazada yerləşən “Fashion Pavilionu”nda sifariş vermək üçün tələsin!

 

Fərdi eskizin hazırlanması, material nümunələrinin təqdim edilməsi, məhsulun ilk andan hazır olma mərhələsinədək diqqət mərkəzində saxlanılması atelyenin iş prinsipinə daxildir.

 

“Atelier Moscow” Avropanın ən yaxşı parça və aksesuar təchizatçıları ilə əməkdaşlıq edir. Müştərinin arzusuna uyğun olaraq, atelye müxtəlif materiallardan əl tikilişi də həyata keçirə bilər. Həmçinin Avropanın qabaqcıl fabriklərində tikiş üçün eksklüziv forma hazırlamaq mümkündür.

 

“Atelier Moscow”da Aleksandr Terexovun kolleksiyasından istənilən modeli fərdi ölçüyə uyğun sifariş edə bilərsiniz. Bundan başqa atelye ən kiçik müştərilərlə də işləyərək istənilən formada uşaq geyimlərinin tikilişini həyata keçirir. “Alexander Terekhov Kids” kolleksiyasından modellərin uşaqlarınızın ölçüsünə uyğun tikilişi üçün sifarişi qəbul olunur.

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • varsavada polsa ve azerbaycan prezidentlerinin gorusu olub yenilenib
    Varşavada Polşa və Azərbaycan prezidentlərinin görüşü olub -...
  • azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib
    Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü k...
azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ