BMT Ümumdünya Turizm Təşkilatının baş katibi: “Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik”

bmt umumdunya turizm teskilatinin bas katibi azerbaycan prezidentinden muhum mesajlar esitdik

"Biz bu gün Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik".

 
APA-nın məlumatına görə, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində  BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib. 
 

BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi deyib ki, keçmişdə baş verənlər gələcəkdə təkrarlanır: "Qlobal liderlər olaraq biz vahid gəmidə düzgün istiqamətdə irəli getməliyik. Biz insanların azad şəkildə yer dəyişməsini təmin etməliyik. Bu gün bəzi yerlərdə dünya çətinliklərlə qarşılaşır. Dünya bir-birindən asılıdır və biz bir-birimizə daha böyük hörmətlə yanaşmalıyıq”.

 

O qeyd edib ki, bu gün dünyada hər 10 işdən biri turizmlə bağlıdır: “Qarşıdakı illərlə turizmin xüsusi çəkisi daha da artacaq. Ancaq səlahiyyətimiz varsa, həm də məsuliyyət daşımalıyıq. 1 milyard 800 milyon insanın hərəkət etməsi milli iqtisadiyyatların inkişafı üçün imkan yaradır”.

 

T. Rifai bildirib ki, gənclərin bacarıqları müxtəlif yerlərə getməklə, yer dəyişməklə arta bilər: “İnsanlar səyahət etdikcə, zənginləşir, bir-birini daha yaxşı tanıyır. Bu gün tolerantlıq və anlaşma çatışmır. İnsanlar birləşməli və stereotiplərə qarşı mübarizə aparmalıdırlar. Bu il bütün dünyada Turizm İli kimi qeyd olunacaq. Bu, səylərimizi birləşdirməyə şərait yaradır. Qlobal çağırışlar tərəfdaşlıq yolu ilə aradan qaldırıla bilər. İnsanlara, ətraf mühitə hörmətlə yanaşmalıyıq, bununla özümüzə hörmətimizi ifadə edirik. Azərbaycana həmişə gələcəyik, Azərbaycan gözəl bir yerdir, Odlar Yurdudur, gözəl insanlarınız var".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ