Bolqarıstanda Azərbaycanın turizm potensialının və “Made in Azerbaijan" brendinin təqdimatı olub

Azərbaycanın turizm potensialının və “Made in Azerbaijan” məhsullarının Bolqarıstanda  təbliği məqsədilə fevralın 16-da Sofiyanın İnter Expo Mərkəzində təşkil olunmuş “Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialına dair təqdimat keçirilib.

 

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, təqdimat səfirlik, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentlikləri Assosiasiyasının (ABTTA) baş direktoru Bayko Baykov və Bolqarıstanın ən böyük və aparıcı turizm şirkətlərindən biri olan “Bohemia” şirkəti tərəfindən birgə təşkil olunub.

 

Təqdimatda sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanda mövcud turizm marşrutları, tarixi-mədəni abidələr, rekreasiya və turizm mərkəzləri, ölkədə həyata keçirilmiş infrastruktur layihələri haqqında ətraflı məlumat verilib, bolqar şirkətləri tərəfindən hazırlanmış və Azərbaycana səfəri əhatə edən tur paketləri təklif olunub. Təqdimat çərçivəsində Azərbaycan haqqında sualları əks etdirən viktorina keçirilib və qaliblər səfirlik tərəfindən təqdim olunmuş suvenirlərlə mükafatlandırılıb.

 

Təqdimatdan sonra Azərbaycanın “Abşeron-Şərab” ASC şirkətinin istehsalı olan “Abşeron” şərablarının dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib. Dequstasiya zamanı Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat veriib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb.

 

Tədbir zamanı Azərbaycanın müxtəlif regionlarının turizm potensialını əks etdirən broşürlar tədbir iştirakçılarına paylanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gedebey sakini tanisi terefinden doyulub
    Gədəbəy sakini tanışı tərəfindən döyülüb
  • semkirde 3 otaqli evde yangin olub
    Şəmkirdə 3 otaqlı evdə yanğın olub
semkirde 3 otaqli evde yangin olub semkirde 3 otaqli evde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ