CNN Azərbaycanın gəzib-görməli yerləri haqqında məqalə yayımlayıb

Dünyanın nüfuzlu xəbər kanalı CNN Azərbaycanın görməli yerləri haqqında məqalə yayımlayıb.

 

APA-nın məlumatına görə, Tom Marsden tərəfindən yazılan məqalədə Azərbaycan palçıq vulkanları, multikulturalizm və muğam musiqisinin mərkəzi kimi tanıdılıb. Turistlərə İçərişhərdə Qız qalası, Şirvanşahlar muzeyini gəzmək, milli mətbəxdən müxtəlif təamlar dadmaq məsləhət görülüb.   
 

Məqalədə qeyd edilir ki, Bakıya 40 km məsafədə olan Qobustan qayalıqları da  Azərbaycana səyahət edən tursitlər üçün mütləq görülməli yerlər arasındadır. Tom Marsden yazır ki, Bakıda çimərlik mədəniyyəti unikal bir fenomendir: “Siz Abşeron sahillərinə gedəndə çimərlik ətrafında piknik edən, samovardan çay içən, qarpız yeyən ailələri görə bilərsiniz. Bəzi çimərlikdə isə cavan oğlanlar tərəfindən gəzdirilən atlara minə bilərsiniz”.
 

İpək və əl sənətlərinin mərkəzi olan Şəkidə isə Xan sarayını gəzib, rəngbərəng şəbəkələrdən yansıyan ışıqlardan zövq almaq turistlərə tövsiyə olunur. 


Yazının davamı isə Qubanın meşəliklərində, təbiətində yürüşlər, Göy Göl milli parkının toxunulmamış gözəlliyi, Naxçıvanda keçirilə biləcək həftəsonu, "Formula 1" yarışları, ölkəmizə məxsus çay mədəniyyəti və Azərbaycanın qonaqpərvərliyinə həsr olunub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267