Dövlət başçısı: “Azərbaycanda güclü turizm industriyası yaradılmalıdır”

dovlet bascisi azerbaycanda guclu turizm industriyasi yaradilmalidir

“Azərbaycan hazırda özünü 100 faiz sementlə təmin edir”.

 

APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib. O bildirib ki, Azərbaycan özünü əhənglə 90 faiz, gipslə 200 faiz, mərmər-travertin ilə 46 faiz, alçipan ilə 100 faiz, armatur ilə 72 faiz, alüminium ilə 231 faiz təmin edir: “Keçən il tikinti malları sektoruna qoyulan investisiyalar azaldı, ancaq bu, müvəqqəti haldır. Mənzil İnşaat Agentliyi xətti ilə inşa olunacaq binalar, Bakıda köhnə binaların yerində yeni binaların tikilməsi layihələri bu sahəni canlandıracaq”.

 

Prezident qeyd edib ki, xalçaçılıq inkişaf etməlidir: “Azərbaycan turizm üçün çox cəlbedici ölkədir. Bakıda dünyanın aparıcı otel şəbəkələrinin mehmanxanaları var. Bizim qonaqpərvər insanlarımız, ölkədə sabitlik, təhlükəsizlik turistləri cəlb edir. Vizalar da sadələşdirilib. Azərbaycanda güclü turizm industriyası yaradılmalıdır”.

 

Dövlət başçısı Quba və Mingəçevir şəhərlərində “ASAN Xidmət” mərkəzləri açılacağını söyləyib: “Bu il həm də 42 min ictimai iş yerləri açılacaq. Biz bütün bu işləri görərkən bir neçə məqsəd güdürük. Biz kənd təsərrüfatı ixracını iki dəfə artıra bilərik. Beləliklə, ölkəyə daha çox valyuta gələcək, iş yerləri artacaq, neftdən asılılıq azalacaq. Mən deyirəm ki, biz postneft dövründə yaşayırıq. Ancaq bu, o demək deyil ki, neft gəlirləri olmayacaq. Biz onillərlə neft gəlirlərindən xalqımızın rifahı üçün istifadə edəcəyik".

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler
    Makedoniyada etirazçılar parlamentə basqın edərək müxalifət ...
  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
qebelede su festivali kecirilib qebelede su festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ