Əbülfəs Qarayev İndoneziya parlamentinin üzvləri ilə görüşüb

ebulfes qarayev indoneziya parlamentinin uzvleri ile gorusub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziya parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüş keçirib.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Ə. Qarayev İndoneziya Xalq Məsləhət Konqresinin sədr müavini Osman Sapta Odanq ilə keçirilən görüşü xatırladaraq həmin görüşdən sonra ölkə başçısının tapşırığı ilə İndoneziya vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edildiyini bildirib.

 

İndoneziya parlamentinin nümayəndələri qarşılıqlı əlaqələrə maraq göstərdiklərini, mədəniyyət və turizm sahələri üzrə konkret işlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

 

Görüş zamanı İndoneziyadan Səudiyyə Ərəbistanına ümrə ziyarətinə gedən şəxslərin turist kimi Azərbaycana səfərlərinin təşkili məqsədilə birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.

 

Görşüdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığa dair hüquqi normativ bazanın yaradılması istiqamətində ilkin layihələrin hazırlanması və İndoneziya tərəfinə təqdim olunmasına dair də qərar qəbul edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ