Əbülfəs Qarayevin sədrliyi ilə Madriddə Ümumdünya Turizm Təşkilatının sessiyası keçirilir

ebulfes qarayevin sedrliyi ile madridde umumdunya turizm teskilatinin sessiyasi kecirilir

Madriddə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) 105-ci sessiyası başlayıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sessiya Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir.

 

Tədbirdə BMÜTT-nin baş katibi Taleb Rifai, sözügedən təşkilatın icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, Dünya Səyahət və Turizm Şurasının prezidenti Devid Skousill və aidiyyəti beynəlxalq təşkilatların rəhbərləri, BMÜTT-ə üzv dövlətlərin 20-ə yaxın turizm və aidiyyəti sahələr üzrə nazirləri, eləcə də İcraiyyə Şurasının üzv ölkələrinin nümayəndələri, BMÜTT-nin assosiativ üzvləri və müşahidəçilər də daxil olmaqla 340-a yaxın qonaq iştirak edir.

 

İcraiyyə Şurasının 105-ci sessiyasının açılış mərasimində şuranın sədri nazir Əbülfəs Qarayev və BMÜTT-nin baş katibi Taleb Rifai çıxış edib. İki gün davam edəcək sessiyada BMÜTT-nin Proqram və Büdcə Komitəsinin hesabatının dinlənilməsi, İcraiyyə Şurasına yeni üzvlərin qəbul edilməsi, eləcə 2018-2021-ci illər üçün BMÜTT-nin baş katibliyinə namizədliyin qiymətləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
  • gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler
    Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini zi...
gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ