Hadı Rəcəbli: “Azərbaycan bu il turizm bumu yaşadı”

hadi recebli azerbaycan bu il turizm bumu yasadi

Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni “Turizm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafına diqqət, Azərbaycan prezidentinin bu sahədə gördüyü tədbirlər vaxtı ilə qəbul olunmuş “Turizm haqqında” qanunun yenidən işlənməsini zəruri edib.
 

8 fəsil 93 maddədən ibarət qanun layihəsində turizm sahəsində fəaliyyət və xidmət növlərinin təsnifatı, ekstremal turizm, kənd-yaşıl turizmi, çimərlik turizmi və digər sahələrlə bağlı qaydalar, tənzimləmələr yer alıb. 
 

Müzakirələr zamanı H. Rəcəbli bildirib ki, Azərbaycan prezidentinin verdiyi tapşırıqlardan irəli gələrək görülən tədbirlər nəticəsində bu yay artıq ölkənin regionlarında turist əlindən tərpənmək mümkün olmayıb: “Bu necə oldu? Təbii ki, cənab prezidentin sərəncamlarının icra olunması buna müsbət təsir etdi. Viza rejimi aradan qaldırıldıqdan sonra bu kimi müsbət tendensiyalar baş verdi. Bu gün Bakıya ərəblərin axını davam etməkdədir. Azərbaycan bu il turizm bumu yaşadı. Bu bir daha sübut etdi ki, son 13 ildə otel biznesi 6 dəfə artmasına baxmayaraq, Azərbaycanda turistlərə yer olmadı”.

 

Digər çıxış edənlər də layihə barədə fikirlərini bildiriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda kend teserrufati mehsullari yarmarkasi teskil edilib fotosessiya
    Göyçayda kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edili...
  • erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib
    Ərdoğan 4 ərəb ölkəsinin Türkiyə qarşı hörmətsizlik nümayiş ...
erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ