Koreya jurnalında Heydər Əliyev Mərkəzi haqqında məlumat yerləşdirilib

Heydər Əliyev Mərkəzinin eksteryer və interyerinin fotoları, habelə bina barədə qısa məlumat Koreya dilində nəşr olunan “Ab-Road” jurnalında çap olunub.

 

Azərbaycanın Koreyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü və səyləri nəticəsində baş tutub.

 

Fotolar və məlumat jurnalının 2017-ci ilin mart sayının “Dünyanın ən yaxşı arxitekturaları” bölməsində yerləşdirilib. Məlumatda Mərkəz binasının dizaynının müəllifi Zaha Hadid olduğu və 2014-cü ildə “İlin dizaynı” mükafatına layiq görüldüyü, binanın qeyri-adi xarici görünüşü və heyranedici interyeri, memarlıq üslubu barədə bəhs edilir. Eyni zamanda, məqalədə sənət əsərinin adi bir binadan daha çox canlı bir gövdəni xatırlatdığı, binanın ən görkəmli hissəsinin Konsert zalı olduğu, döşəməsindən tavanına qədər incə palıd ağacından hazırlanmış zalın oturacaqlarının melodik şəkildə düzüldüyünü, Mərkəzin 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etmiş Heydər Əliyevin adına inşa edildiyi qeyd olunur. 


Jurnalda Heydər Əliyev Mərkəzi ilə yanaşı, İstanbulda yerləşən Sultan Əhməd məscidi, Barselonadakı La Sagrada Familia kilsəsi, Vatikandakı Sistina ibadətgahı, İsveçrədəki Müqəddəs Qallen kitabxanası və bir sıra digər məşhur arxitektura nümunələrinə yer verilib. 2006-cı ildən fəaliyyət göstərən və hər ay dərc olunan “Ab-Road” turizm haqqında jurnaldır, Koreyada bu istiqamətdə ən praktik və informativ jurnallardan biri kimi tanınır. Aylıq 50.000 tirajla Koreya dilində çap olunan “Ab-Road” jurnalı əsasən Koreya aviaşirkətləri tərəfindən sərnişinlərə təqdim edilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan moldova diplomatik elaqelerinin 25 illiyine hesr olunmus konfrans kecirilib
    Azərbaycan-Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr...
  • metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi
    Mətbuat Şurasının sədri: “İslamiada Azərbaycanın İslam dünya...
metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9029
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ