"Müasir İpək Yolu" tur-paketinə start verir.

Gələn aydan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası "Müasir İpək Yolu" tur-paketinə start verir.

 

APA-nın məlumatına görə, tur-paket turizm sahəsində əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və paketə Türkiyədən başlayaraq Azərbaycan, Qazaxıstan və Türkmənistana səfər daxildir. Aprelin 21-də media nümayəndələri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri, hər ölkədən turizm şirkətlətlərinin təmsilçilərindən ibarət ilk sınaq turu başlayıb.

 

Bu gün Bakıda sınaq paketinin təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Əməkdaşlıq Şurasının nümayəndəsi Pelin Musabay bildirib ki, turizm sahəsində əməkdaşlıq razılaşması 4 ölkə başçısının 2014-cü ildə Bodrum görüşündə əldə olunub. Onun sözlərinə görə, layihə üzərində 3 ilə yaxın müddətdə iş aparılır: "İlk sınaq turu mayın 5-də başa çatacaq. 4 ölkəyə 14 gün ərzində səfər ediləcək və paketin qiymətinin təyyarə xərcləri xaric 2min 600 dollar olması nəzərdə tutulur. Layihə gəlir layihəsindən çox bu ölkələrin dünyaya, bir-birilərinə tanıdılması, İpək Yolu xəttinin təbliği xarakteri daşıyır. Layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq artacaq. Tur İstanbuldan başlayır və Qazaxıstanda bitir. 2023-cü ilə kimi 1 milyondan artıq turistin bu paketdən yararlanması nəzərdə turulur". 


Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov gələn aylardan bu paketin turistlərə təqdim ediləcəyini söyləyib. Onun sözlərinə görə, layihə mədəni və iqtisadi əlaqələrin inkişafına təkan verəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gence i beynelxalq musiqi festivali kecirilib
    Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib
  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ