Nazir: “Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirəcək”

nazir azerbaycan dunya turizm teskilati ile elaqelerini genislendirecek

Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirəcək.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşündə vurğulanıb.

 

Ş, Mustafayev Azərbaycanda son illərdə turizmin sürətlə inkişaf etdiyini, ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini, Azərbaycana gələn turistlərin və xarici qonaqların sayının artdığını, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradıldığını diqqətə çatdırıb. O, bu sahənin inkişafı üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, turizmin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və ölkəmizin bu sahədə böyük potensialı var. Azərbaycanda turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi – Azərbaycan Turizm Universiteti fəaliyyət göstərir: “Viza rejiminin sadələşdirilməsi turizmin inkişafında önəmli göstəricilərdəndir və hazırda Azərbaycanda tətbiq olunan “ASAN viza” sistemi vasitəsilə turistlərə qeyri-iş günlərindən və tətillərdən asılı olmayaraq 3 saat ərzində viza verilir. Bu isə ölkəmizə gələn turistlərin sayının artmasına böyük təkan verir.

 

Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq imkanlarından danışan iqtisadiyyat naziri ölkəmizdə sənayenin müxtəlif sahələri üzrə ixtisaslaşmış parkların fəaliyyət göstərdiyini və turizm sahəsində də belə bir parkın yaradılması imkanlarını diqqətə çatdırıb. Bundan başqa, Azərbaycanın turizm potensialına dair birgə təqdimatlar təşkil edilə bilər və bu sahədə AZPROMO ilə əməkdaşlıq məqsədəuyğundur.

 

Z. Pololikaşvili ölkəmizə səfərindən, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən və aparılan müzakirələrdən məmnunluğunu ifadə edib. Azərbaycanın turizm sahəsində böyük potensialının olduğunu qeyd edən Z. Pololikaşvili ökəmizdə turizmin inkişafına, təmsil etdiyi təşkilatla əməkdaşlığa dair fikirlərini bildirib, Azərbaycanda Beynəlxalq Təhsil Mərkəzinin yaradılmasına, ixtisaslı kadrların hazırlanmasına, regional turizmin inkişafına, bu sahəyə investisiya qoyuluşuna dair layihələrə, təbliğat-təşviqat kampaniyalarına və müxtəlif həvəsləndirici tədbirlərlə bağlı təkliflər səsləndirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267