Nazir: "Bəzi çimərliklər standartlara cavab vermir, aşağı səviyyədə xidmət göstərir"

nazir bezi cimerlikler standartlara cavab vermir asagi seviyyede xidmet gosterir

Lənkəranda “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının vəziyyətinə dair mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə görüş keçirilib.

 

APA-nın məlumatına görə, görüşdə Lənkəran, Masallı, Neftçala və Astaranın icra hakimiyyəti başçıları, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri iştirak edib.

 

Nazir qeyd edib ki, Azərbaycanda digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də böyük potensial var. Ə. Qarayev ölkədə mövcud olan çimərliklərin vəziyyətindən söz açaraq bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb.

 

Çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlanaraq təsdiq olunmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırılır.

 

Görüşdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov turizm sənayesinin inkişaf etdirilməsində bölgənin böyük potensialının olduğunu deyib. Qeyd edib ki, hazırda Lənkəranın dəniz sahili ərazilərində bir sıra çimərliklər fəaliyyət göstərir. Lakin onların mövcud standartlara çatdırılması istiqamətində birgə işlərin görülməsinin vacibdir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident baki urek gunleri beynelxalq konqresine mektub gonderib
    Prezident “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinə məktub g...
  • bp nin regional prezidenti azerbaycanin dovlet bascisina mektub gonderib
    BP-nin regional prezidenti Azərbaycanın dövlət başçısına mək...
bp nin regional prezidenti azerbaycanin dovlet bascisina mektub gonderib bp nin regional prezidenti azerbaycanin dovlet bascisina mektub gonderib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ