Nazir müavini: “Standartlara uyğun olmadığı halda, ulduz yapışdıran hotellər cərimələnməlidir"

nazir muavini standartlara uygun olmadigi halda ulduz yapisdiran hoteller cerimelenmelidir

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi qanunlara əməl etməyən otellərə qarşı cərimələrin tətbiq olunmasını təklif edir.

 

APA-nın məlumatına görə, bu təkliflə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında çıxış edib. O bildirib ki, standartlara uyğun olmayan sayda ulduz yapışdıran hotellərə qarşı maddi sanksiyalar tətbiq olunmalıdır: “Azərbaycanda 554 hotel qeydiyyata alınıb. Amma yalnız 130-u  sertifikatlaşdırmadan keçib. Ola bilər ki, onlar daha çox ulduz yapışdırırlar, amma sanksiyalar yoxdur. Amma buna görə sanksiyalar - cərimə tətbiq olunmalıdır. Əgər bu standarta uyğun deyilsənsə, niyə 3-4 ulduz yapışdırırsan? Bunun üçün cərimə tətbiq olunmalıdır”.

 

Nazir müavini hesab edir ki, Dövlət Turizm Reyestinin yaradılması çox vacibdir: “Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir. Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər mövcuddur. Amma bu standartların olması məcburi şərt deyil”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
  • nazirlik mmmc lerin sayi 53 e catib
    Nazirlik: MMMC-lərin sayı 53-ə çatıb
nazirlik mmmc lerin sayi 53 e catib nazirlik mmmc lerin sayi 53 e catib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ