Ötən il Azərbaycana gələn əcnəbilərin sayı 12% artıb

oten il azerbaycana gelen ecnebilerin sayi 12 artib

2016-cı ildə Azərbaycana gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1% artaraq  2248,8 min nəfər olub.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycana səfər etmiş şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəmizə səfər edənlərin 33,1%-i Rusiya, 22,5%-i Gürcüstan, 14,0%-i Türkiyə, 11,1%-i İran, 19,3%-i isə digər ölkələrin vətəndaşları olub.

 

2015-ci il ilə müqayisədə 2016-cı ildə ölkəmizə gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. Belə ki, İraq vətəndaşlarının sayı 30,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2%, Misir vətəndaşlarının sayı 51,8%, Çin vətəndaşlarının sayı 44,5% artıb.

 

Ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6% azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1% artaraq 868,0 min nəfər olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ