Serbiya baş nazirinin müavini Azərbaycan şirkətlərini ölkəsinin turizm sektoruna sərmayə yatırmağa çağırıb

serbiya bas nazirinin muavini azerbaycan sirketlerini olkesinin turizm sektoruna sermaye yatirmaga cagirib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçlə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlər iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

 

N. Stefanoviç ölkəsinin bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini diqqətə çatdırıb.

 

Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edərək, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxunublar.

 

E. Məmmədyarov Serbiya şirkətlərinin Azərbaycanda və Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətinə toxunub, əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O ümid etdiyini bildirib ki, bu səfər ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahəsində əməkdaşlığa töhfə verəcək.

 

N. Stefanoviç ölkəsinin turizm, xüsusən də müalicə-sağlamlıq imkanlarından söz açıb və Azərbaycan şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət edib.

 

Görüş zamanı həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib
    Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəq...
  • mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib
    Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su...
mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ