Ticarət Festivalında qeydiyyatdan keçən mağazalar “Tax free” nişanı ilə fərqlənəcək

ticaret festivalinda qeydiyyatdan kecen magazalar tax free nisani ile ferqlenecek

Ticarət Festivalında iştirakçı kimi qeydiyyatdan keçən mağazalar “Tax free” nişanı ilə fərqlənəcək.

 

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Festivala bir sıra qonşu ölkələrdə və son dövrlər Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi ölkələrində maraq var: “Bir ay ərzində Ticarət Festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək, ölkəmizə gələn turistlərin sayını artıracaq, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Ticarət turizminin dünya miqyasında trendə çevrilməsi Azərbaycanın turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirəcək, turizm məhsullarının diversifikasiyasına gətirib çıxaracaq”.

 

Şöbədən əlavə ediblər ki, Azərbaycan Konqreslər Bürosu festivalın səmərəli keçirilməsi üçün ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək.

 

Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kino nümayişləri və s. təşkil ediləcək. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • natiq eliyev bazarda stabilliyin qorunmasi ucun neft hasilati azaldilmalidir
    Natiq Əliyev: "Bazarda stabilliyin qorunması üçün neft hasil...
  • bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir
    Bakıda "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Tic...
bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ