"Turizm haqqında" qanun layihəsi birinci oxunuşdan keçib

turizm haqqinda qanun layihesi birinci oxunusdan kecib

Turizm infrastrukturu və onun subyekti turizm sahəsində fəaliyyətə yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra başlayacaq. "APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

 

İki ilə yaxın müddətdə qanun layihəsi üzərində işin getdiyini deyən H.Rəcəbli bildirib ki, bununla bağlı 10-dək ölkənin təcrübəsi öyrənilib: "Prezident İlham Əliyev ölkədə əməktutumlu iş yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını prioritet elan edib. Bu sektorun stimullaşdırılması məqsədi ilə qanun layihəsində bir sıra müddəalar nəzərdə tutulub. Sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf  strategiyası əksini tapıb. Turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqi planlaşdırılır. Qanun layihəsində nəzərdə tutulan tədbirlərin icrası ilə turizm mövsümü anlayışı aradan qaldırılacaq, ölkədə turizm günlərinin sayı artacaq".

Mədəniyyət və turizm nazir Əbülfəs Qarayev isə bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sektorunun inkişafı prioritet istiqamətlərdən biri elan edilib. "Azərbaycanda Turizm Şurası yaradılıb. Şuranın tərkibində 18 dövlət orqanının nümayəndəsi çalışır. Biz Azərbaycana daha çox turistlərin gəlməsinə nail olmalıyıq. Qanun layihəsində yeni turizm zonalarının yaradılması, keyfiyyət baxımından yeniliklər, elektron turizm xidmətlərinin geniş tətbiqi üçün müvafiq tədbirlər əksini tapıb".
 

Nazir əlavə edib ki, ölkəyə davamlı turist axınını təmin etmək üçün monitorinq aparılıb və Azərbaycana daha çox turistlərin gələ biləcəyi 15 ölkə müəyyən edilib: "Görülmüş tədbirlər nəticəsində bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb. Belə ki, ötən ilin 3 ayı ilə müqayisədə bu ilin eyni dövründə ölkəyə gələn turistlərin sayı 25% artıbsa, müəyyən edilən 15 ölkədən Azərbaycana gələn turistlərin sayında 36%-lik artım qeydə alınıb".

 

Ə.Qarayev deyib ki, ölkədə digər sahələrdə olduğu kimi turizm sahəsində əlverişli biznes mühiti yaradılıb və bu sahədə fəaliyyət üçün heç bir lisenziya tələb edilmir. Bunu əsas gətirən nazir vurğulayıb ki, görülən və planlaşdırılan tədbirlər ölkədə turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək.

Millət vəkili Əli Məsimli isə turizm sektorunun inkişafı üçün ekoloji təmiz məhsul istehsalının genişləndirilməsinin vacibliyinə diqqət çəkib: "Bundan başqa, qanun layihəsində öz əksini tapmış bələdiyyələrə verilən səlahiyyətlər çox mühümdür. Amma bələdiyyələrin bu səlahiyyətlərini yerinə yetirilməsinə mane olunmamalıdır".

Müzakirələrdən sonra layihə birinci oxunuşda səsə qoyulub və qəbul edilib.

 

Qeyd edək ki, qanun layihəsinə əsasən nəzarət orqanı üç ayda bir dəfədən az olmayaraq Dövlət Turizm Reyestrinin aktiv bölməsindəki məlumatları rəsmi nəşrlərdə dərc edir, həmin bölmə isə müvafiq rəsmi İnternet səhifəsini daim yeniləşdirir. Turizm infrastrukturu və onun subyekti barədə məlumatın Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi üçün uyğunluq-yoxlama komissiyası tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq qərarın qəbul edilməsi, müraciət edən şəxsə bu qərarın bildirilməsi və həmin qərardan şikayət edilməsi qaydaları Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalarda təsbit edilir. Turizm sahəsinin inkişaf etdirilməsi məqsədi ilə turizm fondları yaradıla bilər. Turizm fondları turizm sahəsində sahibkarlılığın güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir. Hər bir turizm fondunun himayə şurası həmin fondun daxili qaydalarını, o cümlədən maliyyə vəsaitlərinin ayrılması qaydalarını qəbul edir.

 

Qeyd edək ki, bu qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.

 

Qanun layihəsində sağlamlıq turizmi, sosial turizm, ekoloji turizm, ekstremal turizm, kənd yaşıl və digər turizm növlərinin xüsusiyyətləri və tənzimlənməsi qaydaları əks olunub.

 

Qanun layihəsində qeyd olunub ki, turizm sahəsində dövlət tənzimləməsini və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bildirişlə müraciət etmiş müvafiq ailə-kəndli təsərrüfatının kənd yaşıl turizmi ilə məşğul olmaq imkanlarını və idarəetmə tələblərinə riayət edilməsini yoxlayır və həmin təsərrüfat barədə məlumatları Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edir.

 

Qeyd edək ki, qanun dərc edildiyi gündən qüvvəyə minəcək və bu qanun qüvvəyə mindiyi gündən "Turizm haqqında" 1999-cu il 4 iyun tarixli qanun qüvvədən düşəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov nato nun toplantisinda istirak edecek
    Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
  • erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir
    Ərdoğan: “Türkiyə Suriyada daha bir hərbi əməliyyat keçirməy...
erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ