“Turizm haqqında” qanun layihəsi birinci oxunuşda plenar iclasa tövsiyə olunub

turizm haqqinda qanun layihesi birinci oxunusda plenar iclasa tovsiye olunub

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsi yenidən işlənmiş formada müzakirəyə çıxarılıb.

 

APA-nın xəbərinə görə, komitə sədri Hadi Rəcəblinin sədrliyi ilə keçən iclasda layihə barədə məlumat verilib. Parlamentin sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev bildirib ki, qanun layihəsi 88 maddədən 70 maddəyə endirilib: “Bu sektorun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar nəzərdə tutulub. Turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqi planlaşdırılır. Sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf  strategiyası əksini tapıb”.

 

H. Rəcəbli bildirib ki, layihə təkmil formadadır: “Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Çalışırıq ki, üç ulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üç ulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradan qaldırılmasına hesablanıb”.

 
Müzakirələrdən sonra layihə birinci oxunuşda plenar iclasa tövsiyə olunub. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan men kurd terrorcularina qarsi emeliyyat barede rusiya ve abs i xeberdar etdim
    Ərdoğan: “Mən kürd terrorçularına qarşı əməliyyat barədə Rus...
  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ