Turizm sahəsinə nəzarət üzrə yeni mexanizm yaradılması təklif olunur

turizm sahesine nezaret uzre yeni mexanizm yaradilmasi teklif olunur

Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm sahəsində fəaliyyətə nəzarət edən yeni mexanizmin tətbiqini təklif edir.

 

APA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və sosial komitəsinin iclasında deyib. O bildirib ki, prezidentin sərəncamı ilə bəzi fəaliyyət sahələri, o cümlədən turizm üzrə lisenziyanın verilməsi ləğv edilsə də, turizm sahəsində fəaliyyətə nəzarət edə bilən mexanizm olmalıdır: “Prezidentin sərəncamı ilə bəzi sahələr üzrə sahibkarlar üçün lisenziya ləğv edilib. Lisenziyanın ləğv olunduğu vaxtdan -2015-ci ilin noyabrından indiyə kimi bizə yüzlərlə müraciət daxil olub. Şirkətlər açılır, lakin onların nə otaqları, nə də ofisləri var. Evində telefonla işləyir, biletin sifarişini edir, pulunu vermirlər. Bunların hamısının qarşısını almaq üçün tənzimləmə mexanizmi olmalıdır. Lisenziyanın ləğv olunması o demək deyil ki, turizm sahəsinə nəzarət etmək səlahiyyəti Mədəniyyət və Turizm Nazirliyinin əlindən alınıb. Bu sahəyə nəzarət lazımdır. Bu, həm xidmətin keyfiyyətinə təsir göstərər, həm də sənayeni formalaşdırar”.  
 

M. Qəhrəmanov qeyd edib ki, bu gün turizm sahəsində həm ali, həm peşə təhsili sahəsində mütəxəssislərin yetişməsinə ehtiyac var. Çünki bu, turizm xidmətinin təşkilinə birbaşa təsir göstərən məqamdır. Onun fikrincə, hazırda turizm sahəsində peşə hazırlığı sertifikasiyasına çox böyük ehtiyac var: “Bu gün turizm sahəsində qiymətlərin aşağı, xidmət səviyyəsinin yüksək olmasını istəyiriksə, turizm obyektlərinin sayı çox olmalıdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telman ismaylovun las veqasdaki ticaret merkezine hebs qoyulub
    Telman İsmaylovun Las Veqasdakı ticarət mərkəzinə həbs qoyul...
  • bakida namelum sexsler menzile basqin ederek 1 neferi qetle yetirib 2 neferi yaralayiblar
    Bakıda naməlum şəxslər mənzilə basqın edərək 1 nəfəri qətlə ...
bakida namelum sexsler menzile basqin ederek 1 neferi qetle yetirib 2 neferi yaralayiblar bakida namelum sexsler menzile basqin ederek 1 neferi qetle yetirib 2 neferi yaralayiblar +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2017

USD
1.7022
 
EUR
1.9015
 
RR
0.0283
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ