Türkiyədəki lüks restoranları ziyarət edən turistlərin əksəriyyəti azərbaycanlılardır

turkiyedeki luks restoranlari ziyaret eden turistlerin ekseriyyeti azerbaycanlilardir

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xarici turistlər İstanbulda il ərzində bahalı qidaya təxminən 300 milyon dollar xərcləyir.

 

"APA-Economics" xəbər verir ki, bunu Turizm Restoran Yatırımçıları Birliyinin sədri Kaya Demirer bildirib.

 

Onun sözlərinə görə, birliyin üzv olan obyektlərin gəlirlərinin 20%-i turistlərin xərcləri hesabına formalaşır. K. Demirer əlavə edib ki, birliyin üzv olan obyektləri il ərzində 35 milyon müştəri ziyarət edir ki, onlardan 85-90%-i türklər, 10-15%-i isə xaricilərdir.

 

"Xarici turistlər İstanbulda il ərzində bahalı (lüks) qidaya təxminən 300 milyon dollar xərcləyir. Müştərilərin mütləq əksəriyyətini türklər təşkil etsə də, xaricilərdən əldə olunan gəlir daha çox olur. Ümumilikdə, bizim obyektləri il ərzində 4-4,5 milyon xarici turist ziyarət edir. İstanbula il ərzində 12-13 milyon turist gəlir. Hər 3 turistdən 1-i bizim birliyə üzv olan obyektləri ziyarət edir. Hər turist bizim obyektlərdə orta hesabla 70 dollar xərcləyir. Son 3-4 il ərzində Türkiyədəki lüks restoranları ziyarət edən turistlərin əksəriyyəti azərbaycanlılardır. Ən çox xərcləyən isə qətərlilərdir", - deyə o bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
  • cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib
    Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb...
cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ