AŞ-nin Bakı ofisinin rəhbəri: “Yeni layihə Azərbaycan və Avropa Şurasının əməkdaşlığı üçün prioritet olacaq”

Avropa Şurası tərəfindən Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək layihəsi ilə bağlı konfrans keçirilib.

 

APA-nın xəbərinə görə, konfransda çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes layihənin Azərbaycanda insan hüquqlarına dair milli proqramların icrasına və yerli hüquq icmasına müvafiq dəstək göstərmək məqsədilə həyata keçirildiyini deyib. O bildirib ki, layihə  Avropa Şurası tərəfindən icra edilir və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilib: “Ümid edirəm, bu layihə Azərbaycan və Avropa Şurasının gələcək əməkdaşlığı üçün də prioritet olacaq”.

 

Tədbirdə çıxış edən Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf Departamentinin rəhbəri Mixail Lobov qeyd edib ki, layihənin icrasına nəzarət onlar tərəfindən həyata keçiriləcək: “Bu layihələrin icrası Avropa Şurasının nizamnaməsində qeyd edildiyi kimi, üzv ölkələr arasında birliyin yaradılması məqsədinə xidmət edir. Bu əməkdaşlıq ədliyyə sektorunda islahatlara xidmət edəcək. Düşünürəm ki, Avropa İnsan Hüquqları Konvensiyasının səmərəli icrası tək siyasi iradi məsələ deyil, daha çox hüquqi bacarıq və mədəniyyətin törəməsidir. Çalışacağıq ki, layihə vasitəsilə əməkdaşlığı zənginləşdirək və bu işimizə Azərbaycanın hüquq sistemindən daha çox tərəfdaşlar cəlb edək. Azərbaycan Ali Məhkəməsi ilə əməkdaşlığı gücləndirməyə çalışacağıq. Layihə yerli milli məhkəmə praktikasının təkmilləşdirilməsinə xidmət edəcək və prokuror,  müstəntiqlər üçün faydalı olacaq. Layihə çərçivəsində ekspert müzakirələri keçirəcəyik. Hüquq və praktik olan problemlərin müzakirəsini təşkil etməyə çalşacağıq”.

 

ABŞ səfirliyinin Siyasi şöbəsinin rəhbər müavini Uilyam Solley layihənin ədliyyə sahəsində demokratik prinsiplərin, qanunun aliliyinin gücləndirilməsinə xidmət edəcəyini söyləyib: “ Layihə ABŞ və Azərbaycan arasındakı münasibətləri gücləndirəcək. Biz ABŞ-ın dəyərlərini bölüşən bütün ölkələrlə əməkdaşlığı genişləndirmək istəyirik”.

 

Konfransda çıxış edən Azərbaycan Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov layihənin məhkəmə sisteminin təlim potensialının artırılmasına yönəldiyini  deyib: “Layihənin məqsədi Azərbaycan ədliyyə sistemində Avropa İnsan Hüquqları Konvensiyasının səmərəli şəkildə tətbiq bacarıqlarını yüksəltməkdir”.

 

Konfrans müzakirələrlə davam etdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
  • agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib
    Ağdaşda tərəvəz sahəsində narkotik yetişdirən iki qardaş həb...
agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272