ATƏT PA sədri: "Cənubi Qafqaz üzrə xüsusi nümayəndə ilə bağlı yaxın həftələrdə qərar verəcəyik" - EKSKLÜZİV

atet pa sedri cenubi qafqaz uzre xususi numayende ile bagli yaxin heftelerde qerar vereceyik ekskluziv

"Cənubi Qafqaz mürəkkəb regiondur, bu regionla bağlı çətin öhdəliklər var".

 

Bunu APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa vermiş Kristian Vigeninin final hesabatı və bu vəzifəyə yeni təyinatla bağlı sualı cavablandırarkən deyib.

 

O bildirib ki, Kristian Vigenin 2 ilə yaxın xüsusi nümayəndə kimi fəaliyyət göstərib: "Final hesabatında o təklif etdi ki, ATƏT PA-da planlaşdırdığımız islahatlara uyğun olaraq, xüsusi nümayəndə ilə bağlı modeli bir qədər dəyişə bilərik. Biz hazırda işimizi daha necə effektli edə biləcəyimiz, güclərin, öhdəliklərin paylanması, portfellərin vitse-prezidentlər və xüsusi nümayəndələr arasında paylanması barədə düşünürük. Lakin bu, sadəcə, təklifdir. Biz bu öhdəlikləri vitse-prezidentə də verə bilərik, yaxud bu öhdəliklər başqa şəkildə formalaşdırıla bilər. Biz bu barədə düşünəcəyik.

 

Amma mən şəxsən düşünürəm ki, Cənubi Qafqaz regionuna, Dağlıq Qarabağ və ətraf rayonlarda və Gürcüstanda baş verən hadisələrlə fokuslanmalıyıq. Düşünürəm ki, xüsusi nümayəndə ilə bağlı yaxın həftələrdə qərara gələcəyik".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267