Daimi nümayəndəlik: Azərbaycan İtaliyanın bu çətin dövrdə ATƏT-ə sədrliyi üzərinə götürməsini yüksək qiymətləndirir

daimi numayendelik azerbaycan italiyanin bu cetin dovrde atet e sedrliyi uzerine goturmesini yuksek qiymetlendirir

“Azərbaycan İtaliyanın bu çətin dövrdə ATƏT-ə sədrlik etmək məsuliyyətini üzərinə götürmək iradəsini yüksək qiymətləndirir”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin ATƏT- səfri Ancelino Alfanonun ötən gün Daimi Şurada çıxışına cavab müraciətində deyilir.

 

Qeyd olunur ki, Azərbaycan İtaliya sədrliyinin açıq, şəffaf və inklüziv yanaşmasını tam dəstəkləyir: “İtaliya sədrliyi Avropada təhlükəsizliyin pozulması fonunda üzərinə götürüb. Hazırda dünyada mövcud olan münaqişələr milyonlarla insanın əsas hüquqlarını və fundamental azadlıqlarının əlindən alır. Onların probleminin həlli yalnız ərazi bütövlüyü, suverenlik və münaqişədən əziyyət çəkən ölkələrin sərhədlərinin toxunulmazlığına hörmət əsasında ədalət və qanunun aliliyinin bərpasına uyğun olaraq mümkündür. Bəzi ölkələr tərəfindən nümayiş etdirilən ikili standartlar münaqişələrin sülh yolu ilə həllinə xələl gətirir. Biz İtaliya sədrliyinin hərbi-siyasi sahədə dialoqun artırılması səylərini dəstəkləyirik. Bu məqsədlə Hamburq Bəyannaməsində müəyyənləşdirildiyi kimi, Strukturlu Dialoq əhatə dairəsinin əvvəlcədən məhdudlaşdırılmasından çəkinmək şərti ilə, öz mandatına uyğun olaraq davam etdirilməlidir. Bu kontekstdə biz İtaliya sədrliyini Strukturlu Dialoqun 2018-ci il üçün işlənməsi zamanı mövcud münaqişələrin yaratdığı risk və çağırışların diqqətə alınmasını təmin etməyə çağırırıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273