Azərbaycan prezidenti Estoniya, Finlandiya və Perunun yeni səfirlərinin etimadnamələrini qəbul edib - YENİLƏNİB-1

Azərbaycan prezidenti İlham Əliyev Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib.

 

APA-nın məlumatına görə, görüş zamanı səfir Luis Manuel Santiaqo Markoviç Monasi ölkələrimiz arasında ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün çox yaxşı fürsət yarandığını deyib.

 

Perulu diplomat iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan işlər barədə dövlət başçısına məlumat verib.

 

Prezident İlham Əliyev isə ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq mədəni əlaqələri genişləndirməyin və xalqlarımızın bir-birini yaxından tanımalarının zəruriliyini vurğulayıb. Siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin önəmini qeyd edən dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, xüsusilə ticarət və turizm sektorlarında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılmasının vacibliyini diqqətə çatdırıb, ölkələrimizin istehsal etdikləri müxtəlif məhsulların qarşılıqlı ixracının mümkünlüyünü bildirib.

 

*** 13.50

 

Azərbaycan prezidenti İlham Əliyev Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.

 

APA-nın məlumatına görə, görüş zamanı dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu bildirib.

 

Prezident İlham Əliyev özünün Finlandiyaya, Finlandiyanın dövlət başçısının isə Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Finlandiya prezidenti ilə beynəlxalq tədbirlər çərçivəsində görüşlərini də məmnunluqla xatırlayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əlaqələrimizin mühüm hissəsini təşkil etdiyini deyib. Prezident İlham Əliyev əlaqələrimizin bir çox istiqamətlərdə, o cümlədən ticarət və nəqliyyat sahələrində, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. Azərbaycanla Finlandiya arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən prezident İlham Əliyev səfir Arya İnkeri Makkonenin ölkəmizdəki fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

 

Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu deyən səfir isə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı səfərlərin artırılması istiqamətində səylərini əsirgəməyəciyini vurğulayıb. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Arya İnkeri Makkonen Azərbaycan və Finlandiya arasında bu sahədə qarşılıqlı əlaqələrin və səfərlərin vacibliyini qeyd edib.

 

*** 11.17

 

Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Dövlət başçısı həmçinin Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arya İnkeri Makkonenin və Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnamələrini qəbul edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 22 Yanvar
12:40 21 Yanvar
Video
10:13 21 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida ev quslari arasinda kutlevi telefat musahide olunur
    Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunu...
  • efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib
    Efiopiyada "20 Yanvar" faciəsi ilə bağlı tədbirlər keçirilib...
efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ