Azərbaycan prezidenti latviyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

azerbaycan prezidenti latviyali hemkari ile gorusub yenilenib

Azərbaycan prezidenti İlham Əliyev Latviya prezidenti Raymonds Veyonis ilə görüşüb.

 

APA-nın məlumatına görə, dövlət başçısı Latviya prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib və bu tədbirin artıq bir ənənəyə çevrildiyini vurğulayıb.

 

R. Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin iştirakının önəmini qeyd edib və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. O, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmasından qürur hissi keçirdiyini deyib.

 

Prezident Raymonds Veyonis prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlət başçısına təqdim edib və bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Latviya arasında müxtəlıf sahələrdə əlaqələrə toxunan R. Veyonis təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirib və azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almaları üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

 

*** 16.55

 

Azərbaycan prezidenti İlham Əliyevin martın 16-da Latviya prezidenti Raymond Veyonis ilə görüşü olub.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ