Azərbaycan XİN rəbhəri TÜRKSOY-un baş katibi ilə görüşüb

azerbaycan xin rebheri turksoy un bas katibi ile gorusub

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi Düsen Kaseinovu ilə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə TÜRKSOY-un fəaliyyəti, incəsənət və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlər və türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

 

D. Kaseinov Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş Azərbaycan-TÜRKSOY əlaqələri haqqında kitabı təqdim edib.

 

TÜRKSOY-un fəaliyyətindən danışan D. Kaseinov Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş TÜRKSOY Gənclik orkestrinin İngiltərə, Şotlandiya və İtaliyada keçirilmiş konsertində səsləndirilmiş türk dünyası müasir klassik musiqi bəstəkarlarının əsərləri, həmçinin TÜRKSOY “Beynəlxalq Novruz bayramı” çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda keçirilmiş konsertlərində səsləndirilmiş musiqilərin yer aldığı diski təqdim edib.

 

Görüşdə TÜRKSOY-un gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlarla əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nyu yorkda kecirilen turk gunu yurusunde azerbaycan diasporu da istirak edib
    Nyu-Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu...
  • bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub
    Berndə 28 May Respublika Günü və Azərbaycan-İsveçrə əlaqələr...
bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7021
 
EUR
1.9029
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ