Azərbaycanın Rus İcması ÜAK-ın ləğvinə mane olmağa çağırıb

azerbaycanin rus icmasi uak in legvine mane olmaga cagirib

”Sıralarında milliyyətcə rus olan 120 min Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması Rusiyanın ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı uzun müddət davam edən vəziyyətlə əlaqədar ciddi narahatlığını bildirir. Azərbaycanın Rus İcması Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsinə dair öz prinsipial münasibətini 2017-ci il 4 aprel tarixli bəyanatında ifadə edib”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Rus İcmasının Respublika Şurasının bəyanatında bildirilir.

 

“Təəssüf ki, Rusiyada müəyyən qüvvələr Ümumrusiya Azərbaycan Konqresinin təşkilati fəaliyyətində xırda çatışmazlıqları axtarmaqla, Rusiyanın böyük ictimai təşkilatının ləğvinə şərait yaratmağa çalışırlar. Şübhə doğurmur ki, həmvətənlərimiz – Rusiyadakı Azərbaycan diasporuna qarşı bu mənfi, hörmətsiz münasibət Azərbaycan və Rusiya, Azərbaycan və rus xalqları arasındakı dostluq əlaqələrinin inkişafına və genişlənməsinə xidmət etmir. Azərbaycanda yaşayan ruslar Azərbaycan xalqının rus dilinin, rus mədəniyyətinin və Azərbaycanda rus xalqının ənənələrinin qorunmasına qayğıkeş münasibətini yüksək qiymətləndirir. Hesab edirik ki, Rusiyada da Rusiya Federasiyasının tamhüquqlu vətəndaşları olan azərbaycanlıları narahat edən məsələlərə müvafiq münasibət olmalıdır. Biz ölkələrimiz arasındakı münasibətlərin vəziyyətindən çox məmnunuq. Onların əsasında dostluq və mehriban qonşuluğun çoxəsrlik ənənələri, qarşılıqlı maraqlara hörmət, milyonlarla azərbaycanlı və rusların bir-birinə bağlı taleləri dayanır. İmkan vermək olmaz ki, dost olmayan qüvvələrin hərəkətləri xalqlarımız arasındakı möhkəm əlaqələr və səmimi münasibətlərə ziyan vursun. Rusiyalı həmvətənlərimiz, biz, ölkələrimiz və xalqlarımız arasındakı münasibətləri yüksək qiymətləndiririk və bir daha Rusiyadakı sağlam qüvvələrə müraciət edirik ki, Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə yönəlmiş niyyətlərin gerçəkləşməsinə imkan verilməsin”, - deyə bəyanatda vurğulanıb.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ