“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” BMT Baş Assambleyasının gündəliyinə salına bilər

azerbaycanin isgal olunmus erazilerinde veziyyet bmt bas assambleyasinin gundeliyine salina biler

“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salına bilər. 

 

APA-nın məlumatına görə, bu, 73-cü plenar sessiyanın iş proqramında əksini tapıb. 

 

Bildirilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 72-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.

 

Bundan başqa,  “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihəsi də yenidən sessiyanın gündəliyə daxil edilə bilər. Sessiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM arasında əməkdaşlığın da müzakirəsi istisna deyil. 

 

BMT Baş Assambleyasının 73-ci sessiyası 18-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs da katerin qezaya ugramasi neticesinde 17 nefer olub
    ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb ...
  • goranboyda 125 mm lik top mermisi askarlanib
    Goranboyda 125 mm-lik top mərmisi aşkarlanıb
goranboyda 125 mm lik top mermisi askarlanib goranboyda 125 mm lik top mermisi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267