Bakıda ABŞ-ın müstəqilliyinin ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edilib

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkənin müstəqilliyinin elan olunmasının 242-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

 

APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı müvəqqəti  işlər vəkili Uilyam R. Qil tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb.

 

O bildirib ki, 242 il sonra da ABŞ 1776-cı ildə başladığı yolla irəliləməkdə qətiyyətlidir.

 

U. Qil Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də toxunub: “Həm ABŞ, həm Azərbaycan xalqı bilir ki, tarixi və əsas dəyərləri ehtiramla yad etmək bizə cəmiyyət olaraq davam etmək istədiyimiz yolu müəyyənləşdirməyə imkan verir. ABŞ müstəqil, sabit, çiçəklənən Azərbaycanı dəstəkləməyə davam edir və əminəm ki, birgə işləyərək yaxşı gələcək qura bilərik və quracağıq".

 

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov isə Azərbaycan  hökuməti adından ABŞ xalqını müstəqillik günü münasibətilə təbrik edib. O qeyd edib ki, ikitərəfli əlaqələr iki dövlətin  maraqları çərçivəsində inkişaf edir: "Bu gün Azərbaycan ABŞ-ın həyata keçirdiyi beynəlxalq antiterror fəaliyyətinə dəstək verir. ABŞ da öz növbəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələrinə həmişə güclü dəstək ifadə edir. Azərbaycan  tərəfi Donald Trampın ölkəmizə münasibətini və ABŞ-ın Azərbaycandakı böyük enerji layihələrinin reallaşdırılmasına dəstəyini yüksək qiymətləndirir. Biz ABŞ-la əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminik. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in həmsədri kimi ABŞ-ın səylərinə  böyük  ümid bəsləyirik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267