Bakıda AŞPA-nın komitə iclası başlayıb

bakida aspa nin komite iclasi baslayib


Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası başlayıb. 

APA-nın məlumatına görə, iclas iki gün davam edəcək. 

Milli Məclisdə keçiriləcək iclasın açılış mərasimində komitənin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edəcək. Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Furio de Angelisin iştirakı ilə müzakirələr nəzərdə tutulur.

İştirakçılar daha sonra Müşviqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün salınmış yaşayış qəsəbəsinə baş çəkəcək, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovla görüşəcəklər.

İclas martın 16-da da davam etdiriləcək, müxtəlif məruzəçilərin hesabatları dinləniləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda kend teserrufati mehsullari yarmarkasi teskil edilib fotosessiya
    Göyçayda kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edili...
  • erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib
    Ərdoğan 4 ərəb ölkəsinin Türkiyə qarşı hörmətsizlik nümayiş ...
erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ