Fələstin və Azərbaycan XİN-ləri arasında məktub mübadiləsi həyata keçirilib

felestin ve azerbaycan xin leri arasinda mektub mubadilesi heyata kecirilib

Azərbaycanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

 

APA-nın XİN-in saytına istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində hökumətlər tərəfindən həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb. Nazir İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Fələstin dövlətinin rolunu minnətdarlıq hissi ilə qeyd edib.

 

Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycan və Fələstinin qarşılıqlı hörmət və dəstəyə əsaslanan dərin dostluq əlaqələri qurduğunu deyib. O, iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ