Əli Laricani: “Azərbaycan və Ermənistan müharibəyə yol verməməlidir”

eli laricani azerbaycan ve ermenistan muharibeye yol vermemelidir

“İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz potensialından istifadə edəcək”. 

 

Bunu APA-nın müxbirinin İranın Dağlıq Qarabağ münaqişəsindəki rolu ilə bağlı sualına cavabında İran parlamentinin sədri Əli Laricani deyib.

 

Ə. Laricani bildirib ki, bölgədə yeni gərginliyin yaşanması üçün potensial yoxdur: “Münaqişə tərəflərindən istəyirik ki, hazırkı şəraitdə buna imkan verməsinlər. Regionda müharibənin olması hər iki ölkə üçün problemlər yaradacaq”.

 

Ə. Laricani qeyd edib ki,  İran həm Azərbaycan, həm də Ermənistanla  yaxşı münasibətlərə malikdir: “Ümid edirik ki, hazırkı şəraitdə münaqişə daha da gərginləşməyəcək. İran Dağlıq Qarabağ münaqişəsinin həlli və yaranacaq problemlərin yoluna qoyulması üçün öz potensialından istifadə edəcək”.

 

İran parlamentinin sədri Suriya məsələsinə toxunaraq ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üçün bölgəyə hərbi qüvvə göndərməsindən danışıb: “Ümid edirik ki, onlar keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlar. Necə ki, 6 trilyon dollar ziyan görüblər və 5 min əsgərləri həlak olub. Bu baxımdan keçmişdə etdikləri səhvləri  təkrar etməməlidirlər. Trampın rəqiblərindən biri demişdi ki, biz İŞİD-in yaradılması üçün lazım olan xərci çəkdik. İndi də zəhmət çəksin, onu məhv etsin. Ümid edirik ki, ABŞ-ın yeni prezidenti ağıllı davranacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ