Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşüb

elmar memmedyarov italiyali hemkari ile gorusub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazirlər bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini bildirərək, bu illər ərzində bütün sahələrdə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən məmnunluq ifadə ediblər. A. Alfano Azərbaycanın çox önəmli və etibarlı tərəfdaş olduğunu, yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu, əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini bildirib. O, enerji sektorunda əlaqələrin vacibliyi, TAP layihəsinin əhəmiyyətini qeyd edərək iqtisadi əlaqələrin digər sektorlarda dərinləşdirilməsi istiqamətində geniş imkanların olduğunu vurğulayıb.

 

E. Məmmədyarov iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu, bunun Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya səfəri zamanı qəbul edilmiş birgə bəyanatda təsbit olunduğunu, İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən iri ticarət tərəfdaşı olduğunu, enerji sektorunda geniş əməkdaşlığın mövcudluğunu, humanitar sahədə əlaqələrin, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, Cənubi Qaz Dəhlizi və onun vacib hissələri ilə TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırıb. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini deyib. 

 

E. Məmmədyarov həmkarına Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar barədə məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan moldova diplomatik elaqelerinin 25 illiyine hesr olunmus konfrans kecirilib
    Azərbaycan-Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr...
  • metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi
    Mətbuat Şurasının sədri: “İslamiada Azərbaycanın İslam dünya...
metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9029
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ