Fələstin səfiri: “Cənab Tramp odun üstünə yanacaq tökdü” - MÜSAHİBƏ

felestin sefiri cenab tramp odun ustune yanacaq tokdu musahibe

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin APA-ya müsahibəsi

 

- Cənab səfir, bildiyiniz kimi, dünən Qüdsdə ABŞ səfirliyinin açılışı keçirildi. Əvvəlcə bu fakta münasibətinizi bilmək istərdik.

 

- ABŞ-ın atdığı addım təhlükəli presedentdir, beynəlxalq qanunvericiliyin, BMT qətnamələrinin və ABŞ-ın özünün yazılı öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Amerika bu addımı ilə öz torpağında Fələstin xalqının tarixi hüququnu tanımayan cənab Netanyahunun hökumətinin təmsil etdiyi İsrail irqçi, sağçı cərəyanının apardığı siyasətin xeyrinə tərəf saxladığını və bunu qəbul etdiyini elan etdi. Bundan əlavə, bu addım milyardlarla müsəlman, xristian və bütün dünyadakı ədalət tərəfdarlarının hisslərinə qarşı kobud hörmətsizlikdir.

 

- Qəzza zolağında İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşmalar baş verdi. Çoxlu sayda fələstinlinin ölümü və yaralanması ilə nəticələnən bu qarşıdurma haqda nə deyə bilərsiniz?

 

- Dünənki gün kədərli idi, belə ki, bütün dünya televiziya ekranlarında dünyada beşinci ən güclü ordu olan və dünyanın ən güclü dövləti tərəfindən dəstəklənən İsrail işğalçı ordusunun günün günorta çağında qəddar bir qırğın törətdiyinin şahidi oldu. Bu, Qüdsdə baş verənlərin və eyni zamanda Amerika səfirliyinin köçürülməsi qərarının qeyd edilməsinin birbaşa nəticəsi idi. Əgər bu qəddar qırğın eyni şəraitdə başqa bir dövlət tərəfindən törədilmiş olsaydı, dünya başqa cür davranardı və heç oturmazdı. Lakin İsrail ABŞ-ın onu himayə etməsi ilə toxunulmazlığa malikdir.  

 

- ABŞ-ın bu qərarı dünyada narahatlıqla qarşılandı. Beynəlxalq ictimaiyyət tərəfindən Qüdsdə ABŞ səfirliyinin açılması qınandı. Bunlarla bağlı nə deyə bilərsiniz?

 

- Dünyadakı bütün müdrik insanlar Amerika prezidentinə bu qərarın İsrail hökuməti və regiondakı ekstremist qüvvələrə güclü təkan verəcəyi, sülhə, regional və qlobal sabitliyə təhlükə yaradacağı barədə xəbərdarlıq etdilər. Buna baxmayaraq, bu qərarın hər hansı hüquqi qüvvəsi yoxdur və Qüdsün beynəlxalq qanunvericilikdəki yerində heç nəyi dəyişməyəcək. Lakin hamının qorxduğu baş verdi və Cənab Tramp od üzərinə yanacaq tökdü və hamımız dünən bu qərar nəticəsində baş verən toqquşmaların başlamasının şahidi olduq.

 

- Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz?

 

- Fələstin xalqının ədalətli hüquqlarına dəstək verməkdə Azərbaycan Respublikasının mövqeyi tarixən prinsipial və aydın olub və bu mövqe bu yaxınlarda cənab prezident İlham Əliyevin İstanbulda keçirilən Qüds konfransında iştirak etməsi ilə bir daha təsdiqləndi. Prezident konfransda Qüdsün müsəlmanlar üçün əhəmiyyətini və Fələstin dövlətinin paytaxtı olmasının zəruriliyini ifadə etdi. Biz Azərbaycanın qardaşlıq və nəcib mövqeyini çox yüksək qiymətləndiririk.

 

- Fələstin hökuməti bu məsələ ilə bağlı hansı addımlar atmağı planlaşdırır?

 

- Fələstin ərəb və islam dövlətləri və beynəlxalq ictimaiyyətlə birlikdə,  koordinasiya şəklində bu qərara etiraz etmək və beynəlxalq qanunvericiliyə əsaslanmaqla sülh prosesini başlatmaq üzərində işləmək və əvvəllər olduğu kimi, Amerikanın vasitəçi olmasını rədd etməklə bütün mümkün olan qeyri-zorakı, hüquqi, siyasi, diplomatik və müqavimət vasitələrinə üz tutacaq. Çünki Amerika tərəf və problemin bir parçası olmağı seçdi. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 21 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azmiu nun muellimlerine kembric universitetinin sertifikatlari verilib
    AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatla...
  • azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub
    Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüş...
azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273