Filadelfiya meriyasının qarşısında Azərbaycan bayrağı ucaldılıb

 ABŞ-ın tarixi şəhərlərindən Filadelfiyada AXC-nin 100 illiyi ilə əlaqədar olaraq, şəhər meriyasının binası qarşısında Azərbaycanın dövlət bayrağının ucaldılması mərasimi keçirilib.

 

Azərbaycanın ABŞ-dakı Səfirliyindən APA-ya bildirilib ki, tdbir Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının fəalları və Filadelfiya şəhər meriyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan icması, Filadelfiya şəhər meriyası və səfirliyin nümayəndələri iştirak edib.

 

Amerika Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri tədbirdə AXC-in yaranma tarixi barədə məlumat verib. Azərbaycanın hazırda güclü və müstəqil dövlət olduğunu və hər bir azərbaycanlının dövləti ilə fəxr etdiyini bildirib.

 

Filadelfiya şəhər merinin köməkçisi Shila Hass tarixi gün münasibətilə Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının nümayəndələrini təbrik edib və Filadelfiya şəhər meri Jim Kenni tərəfindən 28 may 2018-ci il tarixinin Filadelfiya şəhərində Azərbaycan Xalq Cümhuriyyəti günü elan edilməsi barədə bəyannaməni diqqətə çatdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267