Frattini: “Radikallaşma tendensiyası Qərbdə islamın imicinə güclü zərbə vurur”

frattini radikallasma tendensiyasi qerbde islamin imicine guclu zerbe vurur

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini ADA Universitetində mühazirə ilə çıxış edib.

 

APA-nın məlumatına görə, italiyalı siyasətçi bildirib ki, hazırkı münaqişə və çağırışların geosiyasi və iqtisadi səbəbləri var.

 

F. Frattini hazırda Aralıq dənizi və Yaxın Şərq bölgəsindəki vəziyyətin Qərb ölkələrinin buraxdığı səhvlər nəticəsində yarandığını deyib: “Aralıq dənizi regionunda ABŞ-ın çox ciddi siyasi səhvləri olub. Xatırlayıram, Buş administrasiyasının demokratiyanın ixracı doktrinası var idi. Hazırda bölgədə baş verən hadisələrin onunla birbaşa əlaqəsi var”.

 

Sabiq xarici işlər nazirinin sözlərinə görə, yoxsulluq, işsizlik, miqrasiya və müxtəlif qrupların radikallaşması həllini tapmalı əsas məsələlərdir: “Talibanı SSRİ ilə müharibə aparmaq üçün kim silahlandırırdı? Biz, Qərb ölkələri, ABŞ. İllər sonra həmin radikallar həmin silahlarla bizə hücum etdilər”.

 

F. Frattini radikallaşma tendensiyasının Qərbdə islamın imicinə güclü zərbə vurduğu qənaətindədir: “Radikallaşmanın “Quran”ın doktrinasına heç bir aidiyyəti yoxdur. Heç bir din insanları öldürməyi aşılamır. Guya fərqlilikləri olan insanlar bir-biri ilə yaşaya bilməz. Bəziləri bunu sivilizasiyaların toqquşması adlandırır. Azərbaycan bu məsələdə bariz nümunədir. Burada müxtəlif dinlər, mədəniyyətlər, doktrinalar sülh şəraitində yaşayır”.

 

Keçmiş nazirin sözlərinə görə, vəziyyətdən çıxış yolu Aralıq dənizi hövzəsi ölkələrinin birgə iqtisadi zonalarının yaradılması, dənizin qərb və şərqindəki ölkələrin inkişafında balansın əldə olunması, bərabərhüquqlu əməkdaşlıq əsasında Afrikada davamlı inkişafın təmin edilməsidir.

 

Sonra F. Frattini sualları cavablandırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ