Gürcüstan və Niderlandın baş nazirləri prezident İlham Əliyevi təbrik edib

gurcustan ve niderlandin bas nazirleri prezident ilham eliyevi tebrik edib

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib.

 

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: “Gürcüstan hökuməti və xalqı adından Sizi və dost Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Biz Gürcüstan və Azərbaycan Respublikası arasında möhkəm dostluğa, həmrəyliyə və qarşılıqlı hörmətə söykənən, regionda sülhə, sabitliyə və iqtisadi tərəqqiyə xidmət edən yüksək səviyyəli əlaqələrə böyük əhəmiyyət veririk. İnanıram ki, mövcud uğurlu əməkdaşlığımızın genişlənməsi üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyik”.

 

Niderland Krallığının Baş naziri Mark Rütte də dövlət başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib: “Əminəm ki, ölkələrimiz arasındakı gözəl münasibətlər xalqlarımızın mənafeyi və rifahı naminə gələcəkdə də inkişaf edəcək.

Ali dövləti vəzifənizin icrasında Sizə uğurlar arzulayıram”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267